Komitə sədri: “Biz istənilən radikal qruplara qarşı mübarizə aparırıq”
Tarix: 22.04.2015 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


“On səkkizinci əsrdə xarici qüvvələrin təsiri ilə vəhhabi radikal dini cərəyanının yaradılması və müsəlmanların yaşadığı ölkələrə hücumların təşkil olunması prosesi bu gün də başqa adla eyni formada davam etdirilir”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Müəllimlər İnstitutunda “Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları və onların qarşısının alınması yolları” adlı tədbirdə deyib.
M. Qurbanlı bildirib ki, həmin qruplar – vəhhabilər, sələfilər, xəvaricilər, dəvətçilər yenə də Qərb dairələrinin təsiri altında qırğınlar törədərək İslamı gözdən salmağa cəhd edirlər: “Azərbaycanda isə Sovet İttifaqı dağılandan sonra gördük ki, çox az din xadimlərimiz qalıb. Onları barmaqla saymaq olardı. Bir dini mədrəsə belə yox idi. Həmin dövrdə bəzi ərəb ölkələrində maliyyə imkanları əldə edən yuxarıda sadaladığım radikal qruplar Ermənistanın işğalı nəticəsində yaranmış situasiyadan istifadə edərək məcburi köçkünlərin yaşadığı ərazilərə, digər bu kimi məkanlara guya dini, humanitar yardım altında məscidlər tikmək, ayrı-ayrı köməkliklər göstərməyi təklif edirdilər. Əlbəttə, o dövrdə Azərbaycan çətin vəziyyətdə idi, yardıma ehtiyacı vardı və onlar da bundan istifadə edərək Azərbaycanda öz cərəyanlarını yaymağa nail oldular. Bunun nəticəsində indi həmin qrupların Azərbaycanda nümayəndələri meydana çıxıb, bu gün də öz ideyalarını yaymaqda davam edirlər. İndi bunlara qarşı mübarizə tək Azərbaycanda yox, bütün İslam ölkələrində gedir. Bunların fəaliyyəti bütün İslam elmi mərkəzləri, ən ali mənsəbləri tərəfindən pislənilir”.
Komitə sədri bəyan edib ki, Azərbaycanda radikal qruplara qarşı mübarizə dedikdə tək İslamdakı radikallar yox, xristianlıqda da baş qaldıran radikal cərəyanlar nəzərdə tutulur: “Orada da baş qaldıran dini cərəyanlar var və onlar da İslamda olan radikal qruplara bənzəyir. Biz istənilən radikal qruplara qarşı mübarizə aparırıq. Burada ən yaxşı yol kimi dini, siyasi maarifçiliyə üstünlük verilir. Bu maarifçilik bizə həm dini, həm də siyasi ekstremizmə qarşı mübarizə aparmaq imkanı yaradır”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Melihə Əsədova: “Müəllimə verilən dəyər onun üçün stimuldur”
20.06.2019
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
20.06.2019
Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib
20.06.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
20.06.2019
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info