Natiq Əliyev: “İndoneziya Azərbaycanın ikinci ən böyük ixracat bazarıdır”
Tarix: 22.04.2015 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Enerji hər bir ölkənin sabitliyi və inkişafı üçün əsas amildir. “BBC” xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Natiq Əliyev İndoneziyanın paytaxtı Cakartada keçirilən Şərqi Asiya üzrə Ümumdünya İqtisadi Forumundakı çıxışında deyib. Nazır bildirib ki, İndoneziya Azərbaycanın ikinci ən böyük ixracat bazarıdır.
Forumun “Asiyada enerji təchizatı və geosiyasət” seksiyasında çıxış edən N.Əliyev iştirakçıların suallarını cavablandırıb.
Məruzəçilər Azərbaycanın energetika naziri Natiq Əliyev, İndoneziyanın Enerji və Mineral ehtiyatlar naziri Sudirman Said, Malaziyanın “Sapura Kenkana Petroleum” şirkətinin prezidenti Şarli Şamsudin, “Şevron” şirkətinin Asiya regionu üzrə prezidenti Melodi Bone Meyer, ABŞ-ın Sakit okean hövzəsi üzrə hərbi donanmasının komandiri Heri Haris və digər rəsmi şəxslər debatlarda iştirak edərək energetika sahəsində regional əməkdaşlıq və inkişaf modelləri barədə öz fikirlərini açıqlayıblar.
Forumda 40 ölkədən 700-dək nümayəndə iştirak edir. Dünyanın ən böyük şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi Forumda enerji təhlükəsizliyi, kənd təsərrüfatı, qida bazarları, ticarət və yüksək texnologiyalar mövzusunda müzakirələr aparılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info