“Ukraynada müxalifəti qətlə yetirən qüvvələri ABŞ hakimiyyətə gətirib”
Tarix: 23.04.2015 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Mayk Billinqton: “Artıq həyatına təhlükə ilə bağlı xəbərdarlıq edən Vitrenko da öldürülsə, bu qətllərə görə Ukraynada qanuni və seçilmiş hakimiyyətin devrilərək yerinə neonasist qüvvələrin keçməsinə yardım etmiş Viktoriya Nuland şəxsən məsuliyyət daşımalıdır”

Qərbin “narıncı inqilab”la vətəndaş müharibəsinin getdiyi ölkəyə çevirdiyi Ukraynada jurnalistlərin və müxalifət təmsilçilərinin qətlə yetirilməsi az qala adi hala çevrilib. 3 jurnalist və hakimiyyətin əleyhidarı olan müxalifət nümayəndəsinin siyasi sifarişlə qətlə yetirilməsinə Qərb ölkələrinin və mediasının biganə münasibəti diqqətdən yayınmır.
Digər ölkələrdə adi hadisəni belə, şişirdərək hay-küy qoparanlar Ukraynada yaşanan siyasi qətlləri susqunluqla qarşılayırlar. Heç ABŞ Dövlət Departamentinin az qala bütün məsələlərə münasibət bildirən sözçülərinin də həftəlik brifinqlərində bu məsələlərə toxunduğunu eşidən olmadı. Ukraynada isə Qərb texnoloqlarının planı əsasında narazı siyasilərin və media təmsilçilərinin susdurulması siyasəti davam edir.

“Jurnalistlər və siyasətçilərin qətlə yetirilməsindən bir neçə gün əvvəl onların şəxsi məlumatlarının əks olunduğu anket “Sülhməramlı” adlı saytda yerləşdirilb. Bu sayt isə şəxsən daxili işlər nazirinin müşaviri Anton Qeraşenkonun köməkçisi tərəfindən idarə olunur. Olesiya Buzina ilə bağlı anket “agent 004” adlı istifadəçi tərəfindən yerləşdirilib. Jurnalist Buzinanın qətlindən sonra “Sülhməramlı”nın rəsmi “Tvitter” səhifəsində ona tapşırığı yerinə yetirdiyi üçün təşəkkür elan olunub”

Ukrayna Təhlükəsizlik Xidmətinin Baş istintaq idarəsinin rəhbəri Vasili Vovkun canlı yayımda səsləndirdiyi sözlər ölkədə yaşanan qətllərin sifarişli olduğunu düşünməyə əsas verir. Vovk canlı efirdə açıq şəkildə “müxalifətə qarşı ova” başladıqlarını bildirib. Tok-şouya qatılan Vasili Vovk təklif edib ki, ölkədə fərqli düşünən şəxslərin hamısı səslərini kəssələr, yaxşı olar, əks halda onların təhlükəsizliyinə təminat verilmir: “Hesab edirəm ki, müharibənin getdiyi indiki vaxtda “Ukraynafoblar” səslərini kəssələr, yaxşı olar. Bunu bacarmasalar, heç olmasa ritorikanı sıfıra qədər azaltsınlar. Mən bunu etməyə çağırış edirəm, yoxsa bu mövqe heç kimə xeyir gətirməyəcək. Mən bunu Ukrayna Təhlükəsizlik Xidmətinin Baş istintaq idarəsinin rəhbəri kimi deyirəm”. Onun “Ukraynafob” deyəndə kimləri nəzərdə tutması ilə bağlı suala cavabı belə olub: “Hamı söhbətin kimlərdən getdiyini yaxşı bilir”. Təhlükəsizlik Xidməti rəsmisinin bu açıqlaması jurnalistlərin və siyasilərin qətlə yetirilməsi fonunda heç də birmənalı qəbul edilmir.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmisi Vasili Vovk: “Ölkədə fərqli düşünən şəxslərin hamısı səslərini kəssələr, yaxşı olar”

Ən diqqət çəkən məqamlardan biri də odur ki, jurnalistlər və siyasətçilərin qətlə yetirilməsindən bir neçə gün əvvəl onların şəxsi məlumatlarının əks olunduğu anket “Sülhməramlı” adlı saytda yerləşdirilb. Bu sayt isə şəxsən daxili işlər nazirinin müşaviri Anton Qeraşenkonun köməkçisi tərəfindən idarə olunur. Olesiya Buzina ilə bağlı anket “agent 004” adlı istifadəçi tərəfindən yerləşdirilib. Jurnalist Buzinanın qətlindən sonra “Sülhməramlı”nın rəsmi “Tvitter” səhifəsində ona tapşırığı yerinə yetirdiyi üçün təşəkkür elan olunub. Bəlkə də bütün bunların internetdə təşkil edilmiş oyundur. Amma istənilən halda bu qətllərdən sonra araşdırma aparılmalı olduğu halda, məsələyə biganə münasibət şübhələrə əsas verir. Amerikalı politoloq Mayk Billinqton hesab edir ki, Poroşenko və komandasının hakimiyyətə gəlməsini təşkil etmiş Viktoriya Nulland Ukraynada müxalif fikirlə şəxslərin qətlə yetirilməsinə görə cavab verməlidir: “Ukraynada rejimlə razı olmayanları qətlə yetirən qüvvələri hakimiyyətə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland gətirib. Onun himayəsi ilə hakimiyyətə gələn şəxslər neonasist qüvvələri təmsil edirlər. Onlar Stepan Banderanı müdafiə edir, onun tərəfdarlarına əlavə sosial təminatlar vəd edirlər. Eyni zamanda həmin qüvvələr hakimiyyətlə razı olmayan şəxslərə, müxalifətə qarşı açıq şəkildə müharibə elan ediblər”. Bu haqda məlumat verən “RİA Novosti” qeyd edir ki, Proqressiv Sosialist Partiyasının lideri Natalya Vitrenko Poroşenkonun əsas tənqidçilərindən biridir. O, ölkənin təhlükəsizlik xidməti tərəfindən Rusiyadan pul almaqda ittiham edilir. Xanım Vitrenko artıq həyatına görə ciddi şəkildə narazı olduğunu açıqlayıb. Maykl Billinqton yazır: “Hesab edirəm ki, artıq həyatına təhlükə ilə bağlı xəbərdarlıq edən Vitrenko da öldürülsə, bu qətllərə görə Ukraynada qanuni və seçilmiş hakimiyyətin devrilərək yerinə neonasist qüvvələrin keçməsinə yardım etmiş Viktroriya Nuland şəxsən məsuliyyət daşımalıdır”. Göründüyü kimi, Qərbin “narıncı inqilab” dalğasının əsəri olan Ukraynada siyasi qətllər, terror adi hala çevrilib. Amma, nədənsə, Qərb mediası, insan hüquqları müdafiə təşkilatları susurlar. Öz əsərləri olduğu üçün susurlar…
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info