“Zorakılıq həmişə Amerika siyasətinin ayrılmaz hissəsi olub”
Tarix: 23.04.2015 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Dünya siyasəti sürətlə dəyişir. Deyəsən, artıq yalanı doğru kimi qələmə vermək də çətinləşir. Bəşəriyyət sanki aldanmaqdan bezib. Bir çox siyasəti ilə yanaşı, sadə adamlar da Vaşinqtonun təbliğ etdiyi siyasətlə real addımları arasındakı uyğunsuzluğu başa düşməyə başlayıb.
Amerikalı jurnalist Uilyam Bluma görə, dünya hegemonluğuna iddialı olan ABŞ imperiyasının genişlənməsinə qarşı güclü hərbi imkanlara malik Rusiya dövləti həmişə sipər olub. “RT” telekanalına açıqlama verən Blum bildirir ki, ABŞ Rusiyanın onun fanatı olmaması ilə heç cür barışa bilmir: “İki əsr ərzində, dəqiq desək 1890-ci ildən başlayaraq ABŞ-ın əsas məramı dünya hökmranlığı olub. Hazırda NATO da öz siyasətini Vaşinqtonla paylaşır. Öz siyasətini ABŞ-ın diqtəsi ilə təşkil edən alyansın siyasəti ilə ABŞ xarici siyasəti arasında heç bir fərq yoxdur”. Jurnalistə görə, NATO-nun Rusiya sərhədləri yaxınlığında öz qüvvələrini gücləndirməsi şübhə yoxdur ki, Moskvaya qarşı yönəlib: “ABŞ hansısa ölkənin onun imperiyanı genişləndirmək istəyinin qarşısında dayana biləcəyi reallığı ilə barışmaq istəmir. Amma Vaşinqton unudur ki, Rusiya və Çin bunu edə biləcək yeganə ölkələrdir.

“ABŞ 1946-cı ildən başlayaraq 50-dən artıq xarici dövlətdə çevrilişə cəhd edib. Bu müddət ərzində Vaşinqton 50-dən artıq xarici dövlət rəhbərini öldürməyə çalışıb, 30-dan artıq ölkənin dinc sakinlərini bombalayıb, 20-dən artıq ölkədə inqilabı partiyanı məhv edib. Bu, bəşər tarixində insanlığa qarşı analoqu olmayan misilsiz bir rekorddur”

Ona görə də Vaşinqton əvvəllər olduğu kimi, bu dəfə də düşmənə qarşı gücdən istifadə etməyə çalışacaq. Zorakılıq həmişə Amerika siyasətinin ayrılmaz hissəsi olub. Təkcə onu xatırlatmaq kifayətdir ki, ABŞ 1946-cı ildən başlayaraq 50-dən artıq xarici dövlətdə çevrilişə cəhd edib. Bu müddət ərzində Vaşinqton 50-dən artıq xarici dövlət rəhbərini öldürməyə çalışıb, 30-dan artıq ölkənin dinc sakinlərini bombalayıb, 20-dən artıq ölkədə inqilabı partiyanı məhv edib. Bu, bəşər tarixində insanlığa qarşı analoqu olmayan misilsiz bir rekorddur. Ona görə də, siyasi arenada Vaşinqtona qalib gələcək böyük qüvvələr olmayınca ABŞ-ın siyasətini dəyişəcəyini düşünmək üçün heç bir əsas yoxdur: “Rusiya böyük hərbi gücə malikdir və bu ölkə ABŞ-ın pərəstişkarı olmadığından Vaşinqton üçün düşməndir. Burada ABŞ-a düşmən olmaq üçün hər şey var - ABŞ dövlətinə heyran olmamaq və güclü hərbi qüvvə “. Blumun fikrincə, Vaşinqton nə sülh, nə də müharibə axtarır, o, dünyada hegemonluq axtarır. Əgər bu hegemonluğa sülh yolu ilə nail olsa, bu, yaxşıdır. Yox, əgər sülh yolu ilə nail ola bilməsə, təbii ki, o, müharibə olacaq”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info