“Azerspace-1” üzərindən yayımlanan yerli və beynəlxalq səviyyəli kanalların sayı 130-a çatıb
Tarix: 23.04.2015 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


“Azərbaycan peykinin üzərindən yerli və beynəlxalq səviyyəli 130-dək televiziya və 20-dən çox radiokanal yayımlanır”. Bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov bildirib. V.Zeynalov qeyd edib ki, paytaxtdan kənarda fəaliyyət göstərən daha bir neçə regional TV kanalının (Qütb TV, Alternativ TV, Türkel TV, Region TV) “Azerspace-1” peykindən yayımı təşkil edilib. “Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı danışan aparat rəhbəri bildirib ki: ““Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış qrant müqaviləsinə uyğun olaraq, seçilmiş şirkət tərəfindən “Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb. Peyk istehsalçısının seçilməsi ilə bağlı tender elan edilib və iştirak üçün 5 şirkət müraciət edib”. Aprel ayında tender təkliflərinin açılışının nəzərdə tutulduğunu bildirən V.Zeynalov “Azerspace-2” peykinin resurslarının uzunmüddətli icarəsi və orbital mövqedən istifadə ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə müqavilə bağlanıldığını əlavə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info