Türkiyənin İzmit şəhərində Xocalı abidəsi açılıb
Tarix: 23.04.2015 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Ermənilərin 1915-ci il hadisələrinin 100-cü ildönümünü qeyd etməyə hazırlaşdığı ərəfədə - aprelin 22-də Türkiyənin İzmit şəhərində Xocalı abidəsinin açılışı olub. 1992-ci il fevralın 26-da Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı aktının unudulmaması və faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulan abidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə İzmit bələdiyyəsi tərəfindən ucaldılıb.
Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi başlayan açılış mərasimində TADEF sədri Bilal Dündar çıxış edərək Xocalı soyqırımı haqqında mərasim iştirakçılarına məlumat verib. B.Dündar bu günün iki ölkə arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Diaspor rəhbəri abidənin hazırlanmasında göstərdiyi dəstəyə görə İzmit Bələdiyyəsinə təşəkkür edib.
Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev də abidənin ucaldılmasına görə İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan başda olmaqla hər kəsə təşəkkürünü bildirib. V.Hacıyev abidənin açılışının Çanaqqala zəfərinin 100-cü ildönümü ərəfəsində təşkil edilməsinin ayrıca əhəmiyyət kəsb etdiyini qeyd edib: "Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan bu abidə dünyadakı erməni yalanlarına ən gözəl cavabdır. Nə Türkiyədə, nə də Azərbaycan torpaqlarında kütləvi erməni məzarlarına rast gələ bilməzsiniz. Kütləvi məzarlarda həmişə türklər vardır. Tarixin heç bir mərhələsində türklər ermənilərə qarşı soyqırımı aktı həyata keçirməyib”.
İzmit Bələdiyyəsinin sədri Nevzat Doğan da çıxışında türk millətinin bütün döyüşlərdə mərdlik nümayiş etdirdiyini, qadına, uşağa, yaşlıya qarşı silah qaldırmadığını, ermənilərin isə Azərbaycanda dinc əhalini amansızcasına qətlə yetirdiyini deyib. Faciə qurbanlarının xatirəsinin hər zaman qəlblərdə yaşayacağını deyən N.Doğan bu abidənin də soyqırımı həqiqətlərinin gələcək nəsillərə ötürmək məqsədi daşıdığını qeyd edib.
Xocalı abidəsinin açılış mərasimində Azərbaycanın İstanbuldakı Konsulu Rəşad Eyvazov, Kocaeli Böyükşəhər Bələdiyyəsi sədrinin nümayəndəsi Zəkəriyyə Özak, Azərbaycan Türk diaspor təşkilatlarının, QHT-lərin, yerli ictimaiyyətin, Azərbaycan və Türkiyə kütləvi informasiya vasitələrinin nümayəndələri, Türkiyədə təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak edib.
Sonda İzmit Bələdiyyəsinin sədri Nevzat Doğana Azərbaycan diasporuna göstərdiyi diqqətə və dəstəyə görə plaket təqdim olunub.
Qeyd edək ki, Xocalı abidəsi İzmitin Yenişəhər məhəlləsindəki parkda, Bələdiyyənin Park və Bağçalar müdirliyi tərəfindən hazırlanan layihə əsasında inşa edilib. 2,5 metr hündürlüyü olan abidə Azərbaycan və Türkiyənin qardaşlığını tərənnüm edən bayraq simvolları, şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarətdir. Abidənin üzərində soyqırımı əks etdirən fotolar və Xocalıda qətlə yetirilmiş 613 nəfərin adı həkk olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info