ATƏT-lə sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Tarix: 23.04.2015 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ATƏT-in Bakı Layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski ilə tanışlıq görüşü olub. Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizin dinamik iqtisadi inkişafının daim güclənən sosial siyasətlə müşahidə olunduğunu qeyd edib, Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplara daim artan diqqət və qayğısını vurğulayıb. S.Müslümov ölkədə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi, əhaliyə şəffaf və əlçatan, müasir tələblərə uyğun sosial təminat sisteminin qurulması sahəsində aparılan islahatlar barədə məlumat verib. Bu islahatların ilk növbədə sosial hüquqların etibarlı müdafiəsi mexanizminin formalaşmasına yönəldiyini bildirən nazir göstərilən sosial xidmətlər, bu sahədə mütərəqqi dünya təcrübəsinin tətbiqi, habelə sosial xidmət müəssisələrində yaşayan şəxslərin hərtərəfli təminatı üçün görülən işlərdən, ƏƏSMN-nin sosial xidmətlər sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə səmərəli fəaliyyətinin təşkil olunmasından bəhs edib.
ƏƏSMN-nin ATƏT-lə əməkdaşlığına toxunan S.Müslümov bu əməkdaşlığın insan alveri qurbanlarının və insan alverinin potensial qurbanı ola biləcək şəxslərin sosial müdafiəsi və sosial reabilitasiyası işlərində mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb: “Ötən il və cari ilin birinci rübündə insan alveri qurbanı və insan alverinin qurbanına çevrilmək riski olan ümumilikdə 130 nəfər şəxs ƏƏSMN-nin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən maddi, tibbi, hüquqi, psixoloji yardımlarla təmin olunublar. Habelə onlardan bir çoxunun məşğulluğu, peşə reabilitasiyası, sığınacaqla təmin olunması və s. məqsədilə tədbirlər görülüb”.
Nazir qeyd olunan işlərlə yanaşı, insan alveri ilə bağlı maarifləndirmə tədbirlərinin, gənclərin iştirakı ilə insan alverinə qarşı mübarizə mövzusunda silsilə təlimlərin də keçirildiyini, bu sahədə ATƏT-lə birgə fəaliyyətin səmərəli olduğunu bildirib: “İnsan alveri barədə məlumatlılığın artırılması, müvafiq qurumların əməkdaşlarına insan alveri qurbanları ilə etik davranış qaydalarının aşılanması üçün maarifləndirmə tədbirlərinin təşkilində, həmçinin Gəncə şəhərində insan alveri və potensial insan alveri qurbanları üçün Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzinin yaradılmasında ATƏT-in dəstəyini yüksək dəyərləndiririk. Həmçinin insan alveri ilə mübarizə və insan alverindən zərər çəkmiş insanlara sosial yardımın göstərilməsi mövzularında keçirilən beynəlxalq səviyyəli tədbirlərdə ƏƏSMN-nin əməkdaşlarının iştirakı üçün bu təşkilat tərəfindən fəal dəstək göstərilir”.
Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planından söz açan S.Müslümov bildirib ki, sənəddə sosial cəhətdən həssas qruplardan olan şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması üçün də çoxşaxəli tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin həyata keçirilməsi işlərində də ATƏT-in Bakı ofisi ilə sıx əməkdaşlığın həyata keçirilməsi diqqətdə saxlanılır.
A.Şahtaxtinski Azərbaycanda insan alveri qurbanlarının, insan alverinin qurbanı olmaq riskinə məruz qalanların sosial müdafiə tədbirləri ilə əhatə olunması, onların reabilitasiyası yönündə aparılan işləri yüksək qiymətləndirib. A.Şahtaxtinski bu sahədə ƏƏSMN ilə ötən dövrdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin davam etdirilməsinin vacibliyini və bu məqsədlə onun tərəfindən lazımi səylər göstəriləcəyini vurğulayıb. Görüşdə qeyd olunan sahədə gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info