Təhlükədə olan gözləri qorumaq üçün- 7 qida və 7 şərt
Tarix: 25.04.2015 | Saat: 01:41:00 | E-mail | Çapa göndər


Görmə qabiliyyətini vaxtsız itirməmək üçün hələ gənc yaşlarından gözlərin qayğısına diqqət yetirilməlidir. Xüsusilə müasir dövrümüzdə, istəyimizdən asılı olmayaraq həyatımıza daxil olan kompüterlər, planşetlər, smartfonlar kifayət qədər ciddi şəkildə gözlərimizi böyük təhlükə qarşısında qoyur. Bəs bu təhlükədən yan keçmək üçün hansı tədbirləri həyata keçirmək lazımdır?
Milli.Az modern.az-a istinadən bildirir ki, görmə qabiliyyətinin zəifləməməsi üçün ilk növbədə qida rasionuna gözlər üçün faydalı olan ərzaq məhsulları daxil edilməlidir. Aşağıda göstərilən 7 qida görmə qabiliyyətini yaxşılaşdıran, gözləri qoruyan, görmə zəifliyinin qarşısını alan ərzaq məhsullarıdır:
1. Kök
2. Qaragilə
3. Balıq və balıq yağı
4. Qoz
5. İspanaq
6. Kəsmik
7. Kahı
Bu siyahıya yaşıl rəngli meyvələri, soğan və sarmısağı, yumurtanı da əlavə etmək olar.
Qida rasionunda dəyişiklik etməklə yanaşı gözləri qorumaq üçün 7 adi şərtə əməl etməklə görmə qabiliyyətinin zəifləməsinin qarşısını almaq olar:
1. Kompüterin monitoru ilə gözlərinizin arasında olan məsafənin 50-60 sm olmasını təmin edin.
2. Monitorun gözünüzün səviyyəsindən 8-10 sm aşağı olmasını diqqətdən yayındırmayın.
3. Planşetdən və smartfondan uzanılı vəziyyətdə istifadə etmək kimi zərərli vərdişdən imtina edin, kompüterdən istifadə zamanı isə belenizi əymədən dik oturmağa adət edin.
4. Qaranlıq otaqda kompüterdən, planşetdən və smartfondan istifadə etməyin. Bu gözlər üçün daha da ziyanlıdır. İşlədiyiniz otağın işıqlı olmasına diqqət yetirin.
5. Kompüterdən və ya planşetdən istifadə edərkən hər saatdan bir 5-10 dəqiqə fasiləyə vaxt ayırın. Bir neçə gün buna əməl etsəniz sonralar bu fasilələr sizin üçün faydalı vərdişə çevriləcək.
6. İstifadə etdiyiniz kompüteri, planşeti və smartfonu təmiz saxlayın. Ən azı həftədə bir neçə dəfə, daha yaxşı olar ki, hər gün onları xüsusi salfetlərlə təmizləyin. Onların üzərində nə qədər mikrob və bakteriyaların olduğunu bilsəniz siz buna hökmən əməl edəcəksiniz.
7. Ən nəhayət, özünüzü “sevimli əşyalarınız”dan asılı vəziyyətə salmayın. Gəlin unutmayaq ki, həyat reallığı ilə daha gözəldir.
Gözlərinizi qoruyun ki, gözəllikləri kompüter monitorundan yox, gözlərinizlə duyasınız.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub
17.10.2019
Ədviyyatların müalicəvi xüsusiyyətləri
16.10.2019
Çox və dayanmadan əsnəyirsiz?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info