“Bakı-2015“-in məşəli Bakıdan Naxçıvana aparılıb
Tarix: 27.04.2015 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


"Bakı-2015" Birinci Avropa Oyunlarının məşəli artıq Bakıdan Naxçıvana gətirilib.
Naxçıvana ezam olunan müxbirinin verdiyi məlumata görə, alovun Naxçıvana səyahəti münasibətilə Naxçıvan şəhərində təşkil olunacaq festivalın böyük təmtəraqla keçəcəyi gözlənilir. İlk olaraq, məşəllə qaçacaq Polad Əliyevin ardınca müvafiq ardıcıllıqla Əfqan Qurbanov, İbrahim Musayev, Kənan Əsədov, Sahil Rüsanov, Tural Gözəlov, Fəridə Hənifəyeva, Səkinə İbrahimova, Gülxanım Cəlilova, Xanım Xudadanova alovu ümumilikdə, 4.1 kilometr məsafədə aparacaqlar.
Son illər Naxçıvanın idman həyatı bir sıra beynəlxalq tədbirlə zəngin olub. 2003-cü ildə Naxçıvan şəhərində şahmat üzrə, gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilib. Burada həmçinin, usta şahmatçılar arasında ənənəvi “Naxçıvan Open” beynəlxalq turniri və hər il gənc sərbəst güləşçilərin “Naxçıvan kuboku” uğrunda beynəlxalq komanda yarışı təşkil olunur.

Azərbaycan xalqının milli lideri Heydər Əliyev Naxçıvan şəhərində anadan olub və ayrı-ayrı illərdə burada yaşayıb, siyasi fəaliyyət göstərib.

Azərbaycanın ən qədim torpaqlarından olan Naxçıvan Muxtar Respublikasının inzibati ərazisinə 1 şəhər və 7 rayon daxildir. Sahəsi 5 502 km², əhalisi isə 2014-cü ilin statistikasına görə, 435 400 nəfərdir. Rəvayətə görə, Nuh peyğəmbər Naxçıvanda dəfn olunub və hazırda burada Nuhun qəbrüstü türbəsi mövcuddur. Naxçıvan həmçinin Əshabu-Kəhf ziyarətgahı, Duzdağ və Möminə xatun türbəsi ilə də məşhurdur.
Qeyd edək ki, aprelin 26-da Atəşgah Məbədindən Bakı 2015 Birinci Avropa Oyunlarının məşəli alovlandırılıb. Məşəl 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq Oyunların açılış mərasimində Bakı Olimpiya Stadionuna gətiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info