Acı bibər qara ciyəri fibrozdan qoruyur
Tarix: 28.04.2015 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Fibroz qara ciyərin birləşdirici toxumasının böyüməsidir. Bu böyümə hüceyrədənkənar matriks (birləşdirici toxumanın əsasıdır) zülallarının həddən artıq yığılması nəticəsində əmələ gəlir. Bu proses qara ciyərin xroniki xəstəliklərinin əksər tiplərində müşahidə olunur. Acı bibərin tərkibindəki kapsaitsin adlı xüsusi maddə qara ciyərin vəziyyətinə təsir göstərib, onu zədələməkdən qoruyur. Məhz həmin maddə bibərə acı dad verir.
Nəticələri Avstriyada beynəlxalq konqresdə təqdim olunan tədqiqat zamanı mütəxəssislər təcrübə siçanlarını bir neçə qrupa ayırıblar. AZƏRTAC “ZeeNews.com” saytına istinadla xəbər verir ki, gəmiricilərin bir qrupunun öd yollarını bağlayıblar və nəticədə onlarda öd yığılmağa və qara ciyər fibrozu inkişf etməyə başlayıb. Sonra siçanlara üç gün ərzində kapsaitsin veriblər.
Gəmircilərin ikinci qrupuna zəhərli maddə tetraxlormetan verilib. Təmizləyici vasitələrin tərkibinə daxil olan bu maddə odsöndürmə aşqarıdır. Siçanlara həm zəhərdən əvvəl, həm onunla birlikdə kapsaitsin veriblər.
Məlum olub ki, kapsaitsin qara ciyər fibrozu ilə bağlı olan ulduzşəkilli hüceyrələrin fəallığını zəiflədir. Bu maddə birinci qrupdakı siçanların qara ciyər toxumalarını qismən bərpa edir, ikinci qrup gəmiricilərdə zədələrin əmələ gəlməsinin qarşısını alır. Lakin kapsaitsin qara ciyərində fibroz inkişaf edən siçanları qoruya bilməyib.
Alimlərin fikrincə, bu tədqiqatlar qara ciyər zədələrinin və fibrozunun müalicəsi və profilaktikasında istifadə etmək üçün kapsaitsinin öyrənilməsinin zəruri olduğunu təsdiq edir.
Milli.Az




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info