Kerrinin ofisi ABŞ-ın yox, ermənilərin maraqlarına xidmət edir
Tarix: 30.04.2015 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


“Yeni Şafak”: “Obama aksiya iştirakçılarını döyən, onları güllələyən polislərə haqq qazandıraraq, aksiya iştirakçılarını “quldur” adlandırıb. Öz ölkələrində polisə müqavimət göstərənləri “quldur” adlandırır, başqa ölkələrdə olanları isə “insan hüquqlarının pozulması” kimi dəyərləndirirlər”

Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasına start verilib. Əsasən ABŞ-dan idarə olunan və Avropanın bir sıra QHT-ləri və KİV orqanlarının dəstəyi ilə həyata keçirilən yeni qarayaxma kampaniyasında “5-ci kolon” olmaqdan məmnunluq duyan və bunu gizlətməyən bəzi daxili qüvvələr də yer alır. Həmişə olduğu kimi, bu dəfə də demokratiya, insan hüquqlarının müdafiəsi və s. bu kimi standart bəhanələrdən istifadə edən həmin kampaniyanın təşkilatçıları Azərbaycanın müstəqil siyasətini, iqtisadi inkişafını heç cür qəbul edə bilməyən qüvvələrdir. Bir çoxlarının erməni lobbisi ilə əlaqəsi ilə bağlı yetərincə faktlar var.
Elə bu kampaniyaya nəzarətin ABŞ dövlət katibinin Konqresdəki ofisindən həyata keçirilməsi erməni lobbisinin bu məsələnin nə qədər içində olduğunu göstərir.

“ABŞ və bəzi Avropa dairələrinin əsas məqsədinin insan hüquqlarının müdafiəsi olmadığı gün kimi aydındır. Belə olsaydı, başda Kerri olmaqla Azərbaycana qarşı kampaniyaya qoşulanlar ABŞ-ın özündə, Baltimorda polis zorakılığı, qaradərili insanların döyülməsinə, öldürülməsinə münasibət bildirərdilər”

Karyerası ərzində daima erməni lobbisi ilə sıx əlaqədə olan, onların maliyyə yardımı ilə seçki kampaniyası aparan Kerri indi də dövlət katibi postunda ABŞ-ın maraqlarına yox, ermənilərin maraqlarına xidmət edir. ABŞ və Avropadakı bəzi dairələrin ölkəmizə qarşı planlaşdırdığı kampaniyanın miqyası bu dəfə bir qədər genişdir və belə görünür ki, təkcə Avropa Oyunları ilə kifayətlənməyərək ondan sonra da davam edəcək. ABŞ və Avropanın bəzi dairələrinin, erməni lobbisinin təşəbbüsü və maliyyə dəstəyi ilə beynəlxalq QHT-lərin Azərbaycana və Avropa Oyunlarına qarşı həyata keçirdiyi geniş kampaniya ölkəmizin dünyada mənfi imicinin formalaşdırılmasına və daxildə ictimai-siyasi sabitliyin pozulmasına yönəlib. Qeyd etdiyimiz kimi, bu kampaniya insan hüquqlarının müdafiəsi, demokratiya kimi ifadələrlə pərdələnir. ABŞ və bəzi Avropa dairələrinin əsas məqsədinin insan hüquqlarının müdafiəsi olmadığı gün kimi aydındır. Belə olsaydı, başda Kerri olmaqla Azərbaycana qarşı kampaniyaya qoşulanlar ABŞ-ın özündə, Baltimorda polis zorakılığı, qaradərili insanların döyülməsinə, öldürülməsinə münasibət bildirərdilər. Xatırladaq ki, aprelin 27-də polis tərəfindən saxlanılan zaman həyatını itirən qaradərili Freddi Qreyin dəfnindən sonra Baltimor şəhərində nümayişlər başlayıb. Nümayişlərin ardından baş verən kütləvi iğtişaşlar soyğunçuluq və polisə qarşı zorakılıq halları ilə müşayiət olunub.

“Azərbaycan və ya digər ölkədə guya insan hüquqlarının müdafiəsinə qalxan Kerri və nəzarətində olan QHT-KİV dəstəsi elə Baltimorda olanlarla məşğul olsalar, daha səmimi olarlar. Nəyə görə onlar Baltimorda polisin aksiya iştirakçılarına qarşı rezin güllələrdən, təzyiqli sulardan, odlu silahlardan istifadə etməsinə etiraz etmirlər?”

Hadisələr zamanı ümumilikdə 144 avtomobil və 15 bina yandırılıb, 15 polis əməkdaşı yaralanıb. İğtişaşlarda iştirak edən 200 nəfərin həbs olunduğu bildirilir. Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi elan edilib, məktəblərdə məşğələlər dayandırılıb. Baltimorda milli qvardiya ilə yanaşı, qonşu ştatlardan 5 minə yaxın polis gətirilib. ABŞ-da son zamanlar polisin qaradərili vətəndaşlara qarşı lazımsız güc tətbiq etməsi səbəbi ilə tez-tez kütləvi iğtişaşlar baş verir. 2014-cü ilin avqust ayında silahsız Afrika əsilli şəxsin polis tərəfindən öldürülməsindən sonra Missuri ştatında yerləşən Ferqüson şəhərində, daha sonra isə ABŞ-ın başqa bölgələrində, o cümlədən Nyu-Yorkda və Şimali Karolina ştatında yerləşən Çarlston şəhərlərində də buna bənzər hadisələr və etiraz aksiyaları qeydə alınmışdı. Ferqüsonda polislə etirazçılar arasında yenidən toqquşma baş verib. Toqquşmalar zamanı bir nəfər yaralanıb. Ferqüson şəhərindəki iğtişaşlar Baltimorda polis tərəfindən saxlanılarkən döyülən qaradərili sakinin ölümündən sonra geniş vüsət alıb. Azərbaycan və ya digər ölkədə guya insan hüquqlarının müdafiəsinə qalxan Kerri və nəzarətində olan QHT-KİV dəstəsi elə Baltimorda olanlarla məşğul olsalar, daha səmimi olarlar. Nəyə görə onlar Baltimorda polisin aksiya iştirakçılarına qarşı rezin güllələrdən, təzyiqli sulardan, oldu silahlardan istifadə etməsinə etiraz etmirlər? Türkiyənin “Yeni Şafak” qəzeti yazır ki, ABŞ dövlət başçısı Obama məşhur “Gəzi olayları” zamanı “polis şiddəti” olduğu üçün “narahat” olduqlarını açıqlamışdı. Amma öz ölkəsində, Baltimorda olanlara görə polisi müdafiə edib. Obama aksiya iştirakçılarını döyən, onları güllələyən polislərə haqq qazandıraraq, aksiya iştirakçılarını “quldur” adlandırıb. Öz ölkələrində polisə müqavimət göstərənləri “quldur” adlandırır, başqa ölkələrdə olanları isə “insan hüquqlarını pozulması” kimi dəyərləndirirlər. Bu, onların insan hüquqları kimi fundamental dəyərə münasibətinin, bu dəyərləri necə siyasətə alət etmələrini göstərir. “Sabah” qəzeti yazır ki, “Gəzi parkı” hadisələri vaxtı canlı yayım həyata keçirən CNN kanalı türk polisini şiddət tətbiq etməkdə ittiham edirdi. Amma Baltimor hadisələrini yayımlayan CNN-in aparıcısı Volf Blitzer “polisin ortalıqda görünmədiyini”, “aksiyaya qarşı yetərincə güc tətbiq etmədiyini” bildirib. CNN qəsdən polisin aksiya iştirakçılarını döyməsini, güllələməsini göstərməyərək, ancaq aksiya iştirakçılarının daş atmasını nümayiş etdirir. “The Economist” nəşri isə polislərə tərif deyərək, aksiya keçirən qaradərililəri “quldur” adlandırıb. Məlumatlara görə, ABŞ polisi son 8 ildə hər il təxminən 928 nəfəri qətlə yetirib. Mülki vətəndaşlara qarşı şiddət tətbiq edən polislərin böyük əksəriyyəti məsuliyyətə cəlb olunmayıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info