Regionlarda turizm infrastrukturu genişlənəcək
Tarix: 30.04.2015 | Saat: 01:55:00 | E-mail | Çapa göndər


Naftalanda Mədəniyyət və Turizm Nazirliyinin “Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi” mövzusunda kollegiya iclası keçirilib.
İclasda nazirliyin kollegiyasının üzvləri, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və digər qonaqlar iştirak edib. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı N. Aslanov Naftalan nefti ilə müalicənin yüksək standartlarda turistlərə təqdim edilməsi üçün son illər yeni turizm infrastrukturunun tikilib istifadəyə verilməsindən və hazırda da bu sahədə inkişafın daha da sürətlə aparılmasından söz açıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev regionda turizmin inkişafından danışıb. Nazir bildirib ki, ölkə başçısının tapşırığı ilə regionlarda turizmin inkişafı infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir. Ölkə başçısının il ərzində regionlarda bir neçə mehmanxana və digər turizmə xidmət edən obyektlərin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir. İclasda “Gəncəbasar bölgəsində turizmin mövcud vəziyyəti və bölgənin turizm ehtiyatlarından səmərəli istifadə etməklə turizmin inkişafının gücləndirilməsi”, “Mingəçevir Turizm Kollecinin elmi-pedaqoji kadr ehtiyatı və tədris prosesində innovativ yanaşmaların tətbiqi” mövzularında və nazirliyin “2012-2017-ci illərdə Azərbaycan Respublikasında nəşriyyat poliqrafiya sahəsinin və kitab sənətinin inkişaf etdirilməsinə dair fəaliyyət planı”nın 25.02.2012-ci il tarixli, 4/1 nömrəli kollegiya qərarının icra vəziyyəti haqqında gündəlikdə olan məsələlərlə bağlı məruzələr dinlənilib. İclas zamanı nazir bölgədə lisenziyasız fəaliyyət göstərən mehmanxanaların çoxluğundan narahatlığını ifadə edib və aidiyyəti üzrə bu problemin həllinə dair müvafiq tapşırıqlar verib. Sonda “Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə müalicə turizmi sahəsində fəaliyyət göstərən mehmanxanalar arasında birgə əməkdaşlıq fəaliyyətinə dair protokol imzalanıb. Qeyd olunan məsələlər Kollegiyanın qərarı ilə təsdiq olunub.




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info