BSU-da Heydər Əliyevə həsr olunmuş Şagird-Tələbə Elmi Konfransı
Tarix: 30.04.2015 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Müasir Azərbaycan Heydər Əliyev ideyaları işığında” mövzusunda ənənəvi – XII Şagird-Tələbə Elmi Konfransı keçirilib. Məktəb-Lisey Kompleksinin bazasında Bakı Slavyan Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə keçirilən elmi tədbir Şagird və Tələbə elmi cəmiyyətlərinin yaxından iştirakı ilə təşkil olunub.
Konfrans öz işinə ulu öndərin büstü önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Plenar iclası açan universitetin rektoru, professor Asif Hacıyev ənənə halını almış Şagird-Tələbə konfranslarına hələ on iki il bundan əvvəl akademik Kamal Abdullayevin təşəbbüsü ilə başlanıldığını vurğulayıb. Bu cür tədbirlərin Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun müstəqil Azərbaycan naminə gördüyü işlər barədə gənclərin məlumatlandırılmasında əvəzsiz rolundan danışıb.
İclasda çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Xocavənd rayon Tuğ kənd orta məktəbinin direktoru Oqtay Göyüsov tədbirin əhəmiyyətindən danışıblar və iştirakçılara uğurlar arzulayıblar. BSU nəzdində Məktəb-Lisey Kompleksinin direktoru İlahə Carçıyeva bildirib ki, konfransın Təşkilat Komitəsinə şagird və tələbələrin 250-dən çox məruzəsinin tezisləri təqdim edilib. Onların əksəriyyətini şagirdlərin tezislər təşkil edir.
Qey edək ki, keçən ilki konfransla müqayisədə bu il iştirakçıların sayı 50 nəfər artıb.
Konfransda BSU-nun əməkdaşlıq etdiyi ayrı-ayrı bölgələrdə yerləşən qaçqın məktəblərin 50-dən çox istedadlı şagirdi təmsil olunub. Respublikamızın digər bölgələrini əhatə edən və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun müxtəlif layihələrinə cəlb olunan məktəblərin bir qismi də builki konfransa fəal qoşulub. Bu konfransı keçirməkdə təşkilatçıların əsas məqsədi Ulu öndərin zəngin irsinə orta məktəblərimizin istedadlı yuxarı sinif şagirdlərini tədqiqatçı kimi cəlb etməkdən, həm paytaxtda, həm də bölgələrdə yerləşən orta məktəblərlə Bakı Slavyan Universitetinin əlaqələrini möhkəmləndirmək, Universitetin professor-müəllim heyətinin BSU-nun əməkdaşlıq etdiyi orta təhsil müəssisələri, xüsusən də qaçqın məktəblərinə dəstək verməsindən ibarətdir.
BSU tələbələri və universitet nəzdində Məktəb-Lisey Kompleksi şagirdləri ilə yanaşı konfransda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Bakı Türk Anadolu liseyinin, Xəzər Universiteti nəzdində “Dünya” məktəbinin,“Tərəqqi” texniki-humanitar liseyin, 291 saylı Ekologiya liseyinin, Bakı şəhərini təmsil edən orta məktəb komplekslərinin, Laçın, Zəngilan, Cəbrayıl, Ağdam, Xocavənd, Şuşa rayonlarının qaçqın məktəblərinin, Şamaxı, İmişli, Saatlı rayon təhsil ocaqlarının şagirdləri ayrı-ayrı bölmələrdə məruzələrlə çıxış ediblər.
Konfrans universitetin əsas binasında və Məktəb-Lisey Kompleksində bölmələrdə işini davam etdirib.
Plenar iclas Şuşa rayon Malıbəyli kənd orta məktəb və BSU Məktəb-Lisey kompleksi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.
Qeyd edək ki, şagird və tələbələrin tezisləri kitab şəklində çap olunub və iştirakçılara paylanılıb.
BSU-nun Mətbuat Xidməti




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Biganə qalma”yan könüllü gənclər ailələrə yardım üçün səfərbər oldular
07.04.2020
FHN xəstə vətəndaşa köməklik göstərib - VİDEO
07.04.2020
Azərbaycanda əfv sərəncamının icrası başa çatıb
07.04.2020
Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb
07.04.2020
İşsiz şəxslərdən kimlərə birdəfəlik ödəmə veriləcəyi açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info