Antiazərbaycan kampaniyasını ifşa edən sənədlər nümayiş etdirildi
Tarix: 01.05.2015 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı APA İnformasiya Agentliyində yayımlanmış “Con Kerrinin Konqresdəki ofisindən idarə olunan antiazərbaycan kampaniyası” sərlövhəli araşdırmanın hazırlanması zamanı istinad olunmuş sənədləri nümayiş etdirib.
V. Mahirqızı bildirib ki, araşdırma yazı müvafiq sənədlər əsasında hazırlanıb: “Ancaq təəssüf edirəm ki, həmin yazıda adıçəkilən bəzi qeyri-hökumət təşkilatı rəhbərləri və ekspertlər yazıya şübhə ilə yanaşdılar. ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yazı ilə bağlı qeyri-korrekt ifadələr yer alıb. Ona görə biz redaksiya olaraq qərara gəldik ki, sənədləri nümayiş etdirək. Yazı 4 sənəd əsasında hazırlanıb. Bunlar "Avropa təşkilatlarının insan haqları naminə idman layihəsi", "2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd", "Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi" və "NED-in həyata keçirdiyi kampaniyanın layihəsi"dir". V.Mahirqızı deyib ki, APA fəaliyyəti dövründə heç vaxt fakta əsaslanmayan yazı hazırlamayıb: "Bu dəfə də istisna deyil. Biz bir daha sübut etdik ki, fakt, sənəd olmadan yazı yazmırıq".
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info