Hamiləliyə risk yaradan qidalar
Tarix: 01.05.2015 | Saat: 01:54:00 | E-mail | Çapa göndər


Ana olmağa hazırlaşan qadınlar 9 ay müddətində özlərinə hər zamankından daha çox diqqət göstərməlidirlər. Hamiləlik özəl qulluq tələb edən dövrdür. Bəs bu dövrdə nələrə diqqət etmək və nələrdən uzaq durmaq lazımdır?
Milli.Az publika.az-a istinadən hamilə qadınlara zərərli olan qidaların siyahısını təqdim edir:
1. Az bişmiş və çiy yumurtaya diqqət edin: Çünki az bişmiş və çiy yumurtada olan salmonella bakteriyaları bağırsaq infeksiyasına və ishala yol açır. Qida zəhərlənmələri də istisna deyil. Ona görə hamilələr yumurtanın tam bişməsindən əmin olmalıdır.
2. Kif atmış və pasterizə edilmiş edilməmiş pendirlər: Bu növ pendirlərdə olan listeria adlı bakteriya erkən doğum və hamiləliyin pozulmasına səbəb olur. Hamilə xanımlar pasterizə edilmiş süd məhsulları yeməlidirlər.
3. Qaraciyər: Hamilə qadınlara yüksək miqdarda A vitamini qəbul etmək məsləhət deyil. Ona görə hamilələr qaraciyər yeməkdən çəkinməlidir.
4. Çiy və ya az bişmiş ət: Çiy və az bişmiş ətin zərəri toksoplazma ehtiva etməsi ilə bağlıdır. Bu, hamiləliyin pozulmasına və erkən doğuşa yol aça bilər. Bu səbəbdən ətin yaxşı bişirmək çox əhəmiyyətlidir.
5. Qızartma və çips: Qızartma xörəklərdə və çipsidə olan akrilamid maddəsi sinir sisteminə zərər verir.
6. Dəniz məhsulları: Başda suşi olmaqla istridyə, krevetka kimi dəniz məhsullarının hamiləlikdə yeyilməsi qəti qadağandır.
8. Bitki çayları: Normalda içilən müxtəlif bitki çayları hamiləlikdə həkimə məsləhətləşmədən istehlak edilməməlidir. Reyhan, sədəf otu kimi bitki çayları uşaqlıq ağzı əzələlərinin yığılmasına səbəb olur.
9. Qara çay, qəhvə, qazlı içkilər: Çaydan çox istifadə edən analarda qan azlığı və dəmir əskikliyi müşahidə edilir. Qəhvə ürək döyüntülərini artıraraq hamiləliyin pozulmasına, erkən doğuma səbəb olur. Qazlı içkilərdən çox istifadə isə qanda qlükozanın səviyyəsinin artmsına, mədə problemlərinə gətirib çıxara bilər. Çox şirin meyvə sularının tərkibində isə qatqı maddələrindən istifadə olunur.
10. Həddən artıq şəkər istehlakı: Hazır qidalarla yanaşı, tort və peçenyelər, mürəbbə və marmelad kimi həddən artıq şəkər ehtiva edən şirniyyatlar hamilələr üçün zərərlidir.
11. Dəri ləkələrinə qarşı dərmanlar və yaşlanma əleyhinə kremlər: Bu tip kremlərin tərkibində olan kimyəvi maddələr embrionun inkişafına mane ola bilər. Hamiləlikdən əvvəl və həmin müddətdə tərkibində yüksək dozada A vitamini olan bu tip kremlərdən istifadə körpəni vaxtından əvvəl dünyaya gətirmək riskini artırır.
12. Spirtli içkilər: Hamiləlikdə spirtli içkilər içmək qəti qadağandır. Əks halda uşağın əqli inkişafından problemlər yarana bilər.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
24.10.2019
İnsanı kökəldən xəstəliklər - Arıqlaya bilmirsizsə...
23.10.2019
Həkim arıqlamağa kömək edən sirri açdl
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info