Ağdamlı gənclər ekoloji problemlər barədə məlumatlandırılıblar
Tarix: 01.05.2015 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən 21-25 aprel tarixlərində Ağdam rayonunda “Region Gənclərinin Ekoloji Maarifləndirmə Məktəbi” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində Ağdam Musiqi Kollecində gənclərin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərdə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin İdarə heyətinin üzvü Zahid Əkbərov, Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov, Yeni Azərbaycan Partiyası rayon təşkilatı Gənclər Birliyinin sədri Azər Əliyev və başqaları çıxış edərək layihə haqqında məlumat verib, ekoloji problemlər, onların həlli yolları və bu sahədə gənclərin maarifləndirilməsindən, gənclərin üzərinə düşən vəzifələrdən danışıblar. Bildirilib ki, layihənin məqsədi Qarabağ regionunda, əsasən də Ağdam rayonunda yaşayan, fəaliyyət göstərən və ya təhsil alan gənclər arasında ekoloji maarifləndirmə işi aparmaq, gəncləri ekologiya (qlobal istiləşmə iqlim dəyişikliyi) sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla, onlar arasında birgə fəaliyyəti həvəsləndirməkdir.
Layihə çərçivəsində gənclərə maarifləndirici materiallar paylanılıb, Quzanlı qəsəbəsində ağacəkmə kampaniyası keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş
21.08.2019
Quba rayonunda baş vermiş yanğın söndürülüb
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info