Oğlan həvəsində olan analar üçün
Tarix: 02.05.2015 | Saat: 01:36:00 | E-mail | Çapa göndər


Oğullar analarına daha çox əziyyət verirlər. Son araşdırmanın nəticələrinə görə, əgər qadın çalışır və oğul övladı böyüdürsə, o, avtomatik olaraq ürək xəstəlikləri riski yüksək olan qrupa düşür. Bunu 10 minlərlə qadın üzərində aparılan 8 illik araşdırmalar üzə çıxarıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, araşdırmada iştirak edən qadınların 60 faizinin minimum 1 övladı olub. Onların işi öz-özlüyündə təhlükəli olmayıb. Məsələ ancaq oğlanlardadır.
Riskin nə üçün artmasının səbəbləri isə hələ açıqlanmayıb. Ola bilər ki, oğul övladlar analarına ev işlərində daha az kömək edirlər. Bu isə qadın üçün əlavə yükdür. Bundan başqa, oğlan uşaqları daha tez-tez qalmaqallı hadisələrin mərkəzində olur və analarını həyəcanlandırırlar.
Ən az iki oğlu olan və işləyən ana ürək xəstəlikləri ilə uşaqsızlara nisbətən iki dəfə daha çox qarşılaşır.
Qızların olması isə ana səhhətinə mənfi təsir etmir. İtaliyanın Turin Universitetinin əməkdaşlarının fikrincə, qızlar analarına böyük kömək göstərir, daha gec-gec onları həyəcanlandırırlar.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycan tibb sahəsində yeni beynəlxalq sənədə qoşulur
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info