Serbiyalı və çinli tələbələrdən Avropa Oyunlarına dəstək
Tarix: 04.05.2015 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


İndoneziyada oxuyan əcnəbi tələbələr Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəstək nümayiş etdiriblər. Onlar eləcə də, Olimpiya Oyunlarının da Azərbaycanın paytaxtı Bakıda keçirilərək təkcə Avropanı deyil, bütün qitələri Bakıda görüşdürməyi təklif ediblər.
Serbiyadan olan Milica Vukovic Azərbaycanı sevdiyini deyir. O, ölkəsindən olan idmançıların Bakıda böyük uğurlara imza atacağını da düşünür: “Mən Serbiyadanam və bütün gənclər kimi mən də mühüm idman hadisələrini yaxından izləyirəm. Təbii ki, Avropanın idman həyatında bir yenilik olacaq bu yarışma haqqında çox eşitmişəm, maraqlanmışam. Təkcə bir məqamı deyim ki, Azərbaycan kimi ölkənin belə mötəbər və məsuliyyətli yarışa ev sahibliyi etməsinin özü maraqlı məqamdır. Çünki minlərlə idmançı və tursitləri qəbul edəcək bu Qafqaz ölkəsi əvvəllər belə miqyasda yarışa ev sahibliyi etməyib. Amma rəsmilərin bəyanatından sonra və bir çox videoroliklərə baxandan sonra əminliklə demək olar ki, ölkəniz yarışlara tam hazırdır. Ümid edirəm serbiyalı idmançılar Bakıda möhtəşəm atmosferin şahidi olacaqlar və bu yaxşı təşkilatçılıq onların uğur qazanmaları üçün əlavə stimul olacaq. Serbiya siyasi bağlara görə də Azərbaycanla yaxındır. İdman sahəsində də bu Oyunlardan sonar Azərbaycana ölkəmizin daha çox maraq göstərəcəyinə əminəm. Mən Azərbaycanın tolerant bir ölkə olması haqqında da oxumuşam. Sual olunur- belə mübət məqamlara, iqtisadi gücə malik bir ölkə üçün Avropa Oyunlarını uğurla təşkil etməyə nə mane ola bilər? Əlbəttə heç nə. Sizin ölkə belə möhtəşəm yarışlar üçün çoxdan hazır idi. Bakıya salam deyirəm və Bakı Avropanın tarixinə Oyunları öz dəsti xəttinlə yaz deyirəm! Əminəm ki Şərq koloritləri ilə zəngin olan bir ölkədə bu Oyunlarda fərqli şəkildə təşkil olunub tarixə yazılacaq. Azərbaycan gənclərinə sevgi və sayğılarımı çatdırın”.
Olimpiya Oyunlarını yüksək səviyyədə keçirmiş Çindən olan tələbə Nilasari Chang Azərbaycan haqqında məlumatlı olduğunu deyərək Avropa Oyunlarının da Olimpiya Oyunları səviyyəsində keçiriləcəyinə əmin olduğunu söylədi: “Düzdür Asiya ölkələri burada iştirak etməyəcək. Amma təəssüf edirəm ki Çin bu yarışmada öz idmançılarını görə bilməyəcək. Hazırlıq işlərini videoroliklərlə izləmişik. Hər şey möhtəşəm görünür. İndidən maraq bizə güc gəlib ki, görəsən açılışda hansı sürprizlər olacaq və ümumiyyətlə bu oyunlar zamanı nə kimi yeniliklərin uğurların şahidi olacağıq. Ölkəm adına sizə uğurlar arzu edirəm və “Bakı Avropanı təəcübləndir” deyirəm Zimbabvedən Lameck Maninji də “Bakı-2015” idman tarixində yeni səhifə açacağını deyir. Onun sözlərinə görə hər bir qitədə baş verən belə mühüm idman hadisələrinin tapşırıldığı ölkələr təsadüfdən seçilmir. Azərbaycanın inkişaf etmiş, sabit, güclü olması ona bu məsuliyyətli işi öz üzərinə götürməyə əsas verib: “Mən o qədər də yaxından tanımadığım bu ölkə haqqında bundan sonra yaxından maraqlanacağam. Azərbaycan artıq Avroviziya yarışması ilə hər kəsi təəccübləndirməyi bacardı və diqqətləri öz üzərinə çəkə bildi. Avropa Oyunlarından sonra ölkənizə bir daha marağın artacağına və hər kəsin Azərbaycan haqqında maraqlanacağına əminəm. Təsəvvür edin ki, indi Oyunlardan sonra ölkəniz haqqında minlərlə insan necə maraqlanıb bura səfər edəcək. “Bakı uğurlar” deyirəm”.


Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info