Multikulturalizm Mərkəzi GDU və İqtisad Universitetində monitorinq keçirib
Tarix: 04.05.2015 | Saat: 21:29:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Gəncə Dövlət Universitetində və İqtisad Universitetində monitorinq keçirib. Mərkəzdən verilən məlumata görə, “Azərbaycan multikulturalizmi” fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.
Monitorinqin aparılması üçün Gəncəyə BBMM-nin baş məsləhətçisi Rəvan Həsənov və Mərkəzin mütəxəssisi Aytən Məmmədova ezam olunub.
Monitorinq zamanı dərsin gedişatı ilə tanış olmaq üçün əməkdaşlar Gəncə Dövlət Universitetində “Azərbaycan multikulturalizmi” fənninin mühazirəsində iştirak edib. Fənni tədris edən siyasi elmlər üzrə fəlsəfə doktoru Asim Məmmədovun mühazirəsini magistratura pilləsinin bütün ixtisaslar üzrə təhsil alan 144 tələbə dinləyib.
Monitorinq çərçivəsində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və universitetin magistratura pilləsinin dekanı Emin Yaqubovla görüş keçirilib. Görüşdə Prezident İlham Əliyevin multikulturalizm siyasətinə böyük önəm verdiyi vurğulanıb və “Azərbaycan multikulturalizmi” fənninin önəmindən danışılıb. Rektor Yusif Yusibov qeyd edib ki, bu semestr fənn ancaq magistratura pilləsinin tələbələri üçün tədris edilsə də, gələn semestrdən eyni zamanda bakalavr pilləsi üçün də tədris ediləcək.
Mərkəzdən bildiriblər ki, qurumun layihələr şöbəsinin müdiri Hikmət Babayev Azərbaycan İqtisad Universitetində də monitorinq aparıb. Universitetin politologiya kafedrasının baş müəllimi, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Telman Niftaliyev “Multikulturalizm və Azərbaycanın xarici siyasəti” mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan İqtisad Universitetinin maliyyə ixtisası üzrə magistratura pilləsinin 46 tələbəsi iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info