Pakistan və keniyalı tələbələrdən “Bakı-2015”ə dəstək
Tarix: 05.05.2015 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Aasma Safdar: “Avropa Oyunlarının Bakıda möhtəşəm təşkil olunacağına əminəm”

Vahida Wahy Rais: “Azərbaycanın qonaqpərvərliyi Avropa Oyunlarına rəng qatacaq”

Əcnəbi tələbələr- Asiya, Avropa və Afrikadan olan gənclər Bakıda keçiriləcək ilk Avropa Oyunlarına dəstək nümayiş etdirirlər. Onlar təkcə Avropanı deyil, bütün qitələri Bakıda birləşdirməyi təklif edirlər. Olimpiya Oyunlarının da Azərbaycanın paytaxtı Bakıda keçirilməsini daha ədalətli addım olacağını deyən gənclər hələlik dünya idman həyatının gündəmində olan Avropa Oyunları haqqında fikirlər səsləndiriblər. İndoneziyada oxuyan və eləcə də digər ölkələrdə yaşayan, Çin, Serbiya, Seneqal, Misir, Tunis, Pakistan, Özbəkistan, Laos, Nepal, Banqladeş, Hindistan, Sudan, Nigeriya, Konqo, Zimbabve, Madaqaskar, Keniya və Malidən olan tələbələrdən qısaca Avropa Oyunları haqqında fikirlərini öyrəndik və eləcə də onlar “Bakı-2015”-ə xüsusi formada-əllərində “Bakı-2015” yazılan plakatlarla dəstəklərini göstəriblər.
Pakistandan olan Aasma Safdar deyir ki, Azərbaycanın istənilən uğuru üçün ən çox sevinən millətlərdən biri pakistanlılardı: “Pakistan Azərbaycan üçün qardaş dövlətdir. Bunu əməldə də dəfələrlə sübut etmişik. Azərbaycan da bizə biganə qalmır. Heydər Əliyev Fondu ölkəmizdə xeyli xeyriyyə tədbirləri görüb qızlar üçün məktəblər açıb və s. Bunları ona görə dedim ki, indi əlimdə tutduğum “Bakı-2015” yazısının mənə nə qədər doğma olduğunu təsəvvür edəsiniz. Əlbəttə yaxşı olardı ki, biz də-pakistanlı idmançılar bu yarışlarda iştirak edərdi. Amma adından da göründüyü kimi bu Avropa Oyunlarıdır. Əminəm ki, surətlə inkişaf edən Azərbaycan yaxın gələcəkdə Olimpiya Oyunları üçün də seçilmiş ən gözəl məkan olacaq. Biz Azərbaycanın necə qonaqpərvər, tolerant bir ölkə olduğunu yaxşı bilirik. İdman infrastrukturunun yüksək səviyyədə olması haqqında da azərbaycanlı tələbədən çox eşitmişik. Ümumiyyətlə yaxşı nə varsa bu qardaş ölkəyə arzu edirəm və sizin uğurlarınıza əlbəttə ki, ən çox sevinənlərdən biri mən olacağam. Allah bu qədim tarixə malik xalqı qorusun, turistləri öz mehriban və tolerant münasibətlərinizlə özünə sevdirəcək azərbaycanlılara uğurlar arzu edirəm. Avropa Oyunlarının Bakıda möhtəşəm təşkil olunacağına əminəm. Buradan “Salam Bakı”, deyirəm”.
Afrikadan da Olimpiya Oyunları səviyyəsində qeyd ediləcək Avropa Oyunları üçün böyük maraq var.
Kenyadan Vahida Wahy Rais Bakı haqqında məlumatlı olduğunu deyərək Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsini mühüm hadisə sayır: “Gənclər həmişə enerjili olurlar deyə idmana böyük maraq göstərirlər. İdman yarışlarının yüksək səviyyədə keçirilməsi isə nəinki orada-Bakıda olacaq gənclər üçün bu bizim kimi kənardan televiziyalarla izləyəcək müxtəlif din, irqdən olan insanlar üçün də mühüm amildir. Əslində biz sizinlə eyni dini paylaşırıq. Sevinirəm ki, mənim də mənsub olduğum İslam dinindən olan bir ölkədə belə bir möhtəşəm tədbir keçiriləcək. Azərbaycana bəziləri kiçik bir ölkə kimi baxa bilərlər. Amma ölkəniz son illərdə bir sıra tədbirlər və uğurları ilə artıq dünyanı təəccübləndirməyi bacarıb. Onu da bilirəm ki, İspaniya çempionu olan “Atletiko Madrid” futbol klubunda “Odlar yurdu Azərbaycan” daha sonra isə “Bakı-2015” yazısı ilə təbliğatlar aparılır. Düşünürəm ki Avropa Oyunlarının uğurlu təşkilindən sonra artıq belə sponsorluq işlərinə də ehtiyac qalmayacaq. Kenyada ola bilsin Azərbaycan haqqında o qədər də məlumatlı deyillər. Amma mən ölkəmə döndükdən sonra Azərbaycan haqqında xeyli danışacaq və bununla bağlı çalışacağam təbliğat da aparam. Mən Bakıda olmaq istərdim və gələcəkdə belə yarışların yenidən ölkənizdə keçiriləcəyi halda çalışacağam ki bu yarışların canlı izləyicisi olam. Qısası Azərbaycanın qonaqpərvərliyi Avropa Oyunlarına rəng qatacaq. Mən də buradan “Bakı sənə dəstək olacağıq” deyirəm”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info