Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı
Tarix: 05.05.2015 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və müasirləşən Naxçıvan iqtisadiyyatı” mövzusunda elmi-praktik konfrans keçirilib. YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının tədbirlər planına əsasən keçirilən konfransın plenara iclasını giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq bildirib ki, ümummilli liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində istər keşmiş sovet quruluşu dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın düzgün iqtisadi inkişaf strategiyası müəyyənləşdirilb. Bunun nəticəsində ötən əsrin 70-ci illərində ölkəmiz geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye ölkəsinə çevrilib. Müstəqillik illərində də məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin misilsiz xidmətləri sayəsində ölkəmiz iqtisadi tənəzzüldən xilas olaraq inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlib. Əhalinin rifah halının yüksəldilməsinə, regionların iqtisadi inkişafına xüsisi diqqət yetirən ümummilli lider eyni zamanda iqtisadiyyat sahəsində bacarıqlı mütəxəssislər hazırlanmasına, potensial elmi bazanın formalaşmasına da mühüm əhəmiyyət verib. Bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət proqramları həyata keçirilir, ölkəmiz dünyanın bir çox dövlətləri ilə sıx iqtisadi əməkdaşlıq edir. Konfransda İqtisad fakültəsinin dekanı, iqtisad elmləri doktoru, professor Asif Şirəliyev “Xalqımızın ümummilli lideri Heydər Əliyevin aqrar siyasəti” mövzusunda məruzə edərək bildirib ki, dahi siyasətçinin rəhbərliyi ilə keçirilən iqtisadi islahatlar özünü doğruldub, aparılan torpaq islahatları, meliorasiya sahəsində görülən işlər, kənd təsərrüfatı istehsalında ixtisaslaşmalar, aqrar sahə ilə bağlı tarixi əhəmiyyətli qanunların qəbul edilməsi öz bəhrələrini verib. Azərbaycan qısa bir vaxtda kənd təsərrüfatı məhsulları idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.Mühasibat uçotu və audit ixtisası üzrə IV kurs tələbəsi, Heydər Əliyev adına təqaüdçü Zeynəb Hüseynova “Müasir dövrdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının əsas istiqamətləri” adlı məruzəsində vurğulayıb ki, əsası ümummilli lider tərəfindən qoyulan siyasətin uğurlu davamı nəticəsində muxtar respublika inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (205-2008-ci illər) ” və “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində regionda real sektorun inkişafı sürətlənib, iqtisadiyyatın diversifikasiyasına, tarazlı və davamlı inkişafa, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılmasına, məşğulluğun artmasına və həyat səviyyəsinin yüksəldilməsinə nail olunub. Ötən on ildəki makroiqtisadi göstəricilər – Ümumi Daxili Məhsulun həcmi 13,9, hər bir nəfərə düşən Ümumi Daxili Məhsul 12, sənaye məhsulları istehsalı 49, kənd təsərrüfatı məhsulları istehsalı 4,7, əsas kapitala investisiya qoyuluşu 16,4, əhalinin gəlirləri 10,2 dəfə artıb. Konfrans “İqtisadiyyat” və “Mühasibat uçotu və dünya iqtisadiyyatı” bölmə iclasları ilə işini davam etdirib.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info