DSMF-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən mini-futbol turniri başa çatıb
Tarix: 05.05.2015 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri - aprelin 6-da açılış mərasimi olan, ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında keçirilən mini-futbol turniri mayın 5-də yekunlaşıb.
Turnirin başa çatması münasibətlə keçirilən tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına diqqət və qayğısı da bu sahədə inkişafın əsasını qoyub. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub. Hazırda ölkəmiz beynəlxalq idman yarışlarının əsas təşkilatçılarından birinə çevrilib. Azərbaycanın tarixdə ilk dəfə keçiriləcək 1-ci Avropa Oyunlarına ev sahibliyi etməsi də bunun bariz nümunəsidir.
DSMF-də artıq neçə illərdir ulu öndərin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlərin təşkil edildiyini diqqətə çatdıran Fondun sədri, bunlardan birinin də bu gün başa çatan komandalar arası mini-futbol turniri olduğunu vurğulayıb.
Daha sonra Elman Mehdiyev 8 komandanın yarışa qatıldığı mini-futbol turnirinin qaliblərini təbrik edib və onlara kubok, medal, diplom və mükafatlar təqdim edib.
DSMF-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fondun şəhər və rayon strukturlarının 32 nəfər əməkdaşı arasında şahmat və 16 nəfər əməkdaşı arasında isə stolüstü tennis yarışları da keçirilib. Bu yarışların qalibəri də müəyyənləşib və mükafatlandırılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub
18.10.2019
Sosial müavinətlər və təqaüdlərin ödənilməsinə dövlət büdcəsindən ayrılan vəsait 2 dəfə artırılır
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info