Tibbdə inqilabi kəşf
Tarix: 05.05.2015 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Bütün qruplardan olan qanı köçürməyə yararlı edən ferment yaradılıb
Tibbdə inqilabi kəşfə imza atılıb.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, Kanada kimyaçıları bütün qruplardan olan qanı köçürməyə yararlı edən ferment yaradıblar. Alimlər bildiriblər ki, bu fermentin köməyi ilə ikinci və üçüncü qruplardakı eritrositlərin antigenlərini kəsmək və onları birinci qrupa oxşatmaq mümkün olacaq. Məlum olduğu kimi, birinci qrupdan olan qanı, demək olar, hamıya köçürmək olar.
Qanın çox adları var, lakin tibb işçiləri onu “həyat çayı” adlandırırlar, çünki qansız həyat yoxdur. İnsan çoxlu qan itirməkdən ölür. Hətta qədim vaxtlarda insanlar cəsarətli, dözümlü və güclü olmaq üçün qan içirmişlər.
Artıq XXI əsr olsa da, müasir təbabət hələ də qandan istifadə etmədən keçinə bilmir. Bu zaman çoxlu problem üzə çıxır, çünki hər bir insanın öz qan qrupu var və tələb olunan qan qrupu köçürülməlidir. Kanadalı kimyaçılar bu problemin həllini tapıblar, onların hazırladığı xüsusi ferment sayəsində “qan qrupu” problemindən yaxa qurtarmaq mümkündür.
Rəsmi məlumatlara görə, dünya əhalisinin təqribən 80 faizinin qan qrupu birinci və ikinci, 15 faizininki üçüncü, 5 faizinki dördüncü qan qrupudur.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?
21.06.2019
Yüksək təzyiqi salan 15 qida

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info