Komitə sədri Qum şəhərində görüşlər keçirib
Tarix: 06.05.2015 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qum şəhərində bir sıra görüşlər keçirib.
Komitədən verilən məlumata görə, İranda səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 5-də Qum şəhərinə gələrək Əl-Mustafa Beynəlxalq Universitetinin rektoru Əlirza Əarafi ilə görüşüb.
M.Qurbanlı deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə müstəqil Azərbaycanın Prezidenti kimi ilk dəfə İrana rəsmi səfər etməsi ilə iki ölkə arasında əlaqələrin inkişafı üçün zəmin yarandı. Təhsil sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin mövcudluğunu vurğulayan Komitə sədri bu universitetdə azərbaycanlıların təhsil almalarının sistemli şəkildə həyata keçirilməsinin zəruriliyini bildirib. Qeyd edib ki, gənclərin xaricdə dini təhsil almaları qanunla tənzimlənməlidir.
Azərbaycanda da gənclərə dini təhsil verildiyini deyən M.Qurbanlı Bakıda İslam Universitetinin, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsinin fəaliyyəti barədə məlumat verib.
Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında danışan Ə.Əarafi deyib ki, Əl-Mustafa Universitetində 30 min tələbə təhsil alır. Universitet Avropanın ali təhsil ocaqları ilə yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Burada gənclər dini təhsillə yanaşı, dünyəvi elmləri də öyrənirlər. Müasir dünyada çox gərgin proseslərin baş verdiyini diqqətə çatdıran Ə.Əarafi qeyd edib ki, elmi və düşüncəsi zəif olan gənclər təbliğata uyaraq radikal dini qruplaşmalara qoşulurlar. Belə halların qarşısını qarşılıqlı əməkdaşlıqla və gənclərə elm öyrətməklə almaq olar.
Görüşdə dini təhsillə bağlı İranda və Azərbaycanda fəaliyyət göstərən müvafiq təhsil müəssisələri arasında əlaqələrin yaradılması, tələbə və müəllim mübadiləsi haqqında fikir mübadiləsi aparılıb.
Sonra M.Qurbanlı Əl-Mustafa Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb, fikirlərini dinləyib və dini təhsillə bağlı Azərbaycan qanunvericiliyi haqqında məlumat verib.
M.Qurbanlı Qum şəhərində İranın tanınmış din xadimi, islamşünas alim (müctəhid) Cəfər Sübhani ilə də görüşüb. Görüşdə İslam alimlərinin elmi düşüncələri (fətvaları), radikal dini cərəyanlarla ideoloji səviyyədə mübarizə metodları və digər məsələlər müzakirə edilib.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin İrandakı nümayəndəsi Şamil Rəsulov da iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Türkiyənin məşhur firması Bakıda 3 yeni mağaza açacaq
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info