“Naxçıvan” Universitetində inşa və tərcümə müsabiqələrinin nəticələri
Tarix: 12.05.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar “Naxçıvan” Universitetinin Xarici dillər fakültəsinin və Universitet YAP ərazi təşkilatının birgə təşkilatçılığı ilə fakültənin tələbələri arasında tərcüməçilik müsabiqəsi keçirilmişdir. Müsabiqə başlamazdan əvvəl fakültənin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Məmmədova və YAP ərazi təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov çıxış edərək bildimişlər ki, Heydər Əliyev taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.
Qeyd edək ki,müsabiqədə tələbələr ulu öndərin həyat və fəaliyyətindən bəhs edən bir səhifəlik Azərbaycan dilindəki mətni ingilis dilinə tərcümə etmişlər.
Münsiflər heyətinin rəyinə əsasən III kurs tələbələri Taleh Babayev birinci, Pəri Mustafayeva ikinci, I kurs tələbəsi Yəhya Mirzəməmmədov isə üçüncü olmuşlar.
• * *
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq Xarici dillər fakültəsinin tələbələri arasında da inşa yazı müsabiqəsi təşkil olumuşdu. Müsabiqə başlamazdan əvvəl universitetin ingilis dili müəllimi Elmira Hüseynova çıxış edərək ulu öndərin mənalı ömür yolundan danışmış, tələbələrə uğurlar arzulamışdır.
Qeyd edək ki müsabiqəyə 20 inşa yazı təqdim olunmuşdu. Müsabiqənin nəticələrinə əsasən IV kurs tələbəsi Süsənbər Hüseynova birinci yerə layiq görülmüş,III kurs tələbəsi Taleh Məmmədov ikinci yerə çıxmış,Nərgiz Hüseynova isə üçüncü yerin sahibi olmuşdur.
Hər iki müsabiqənin sonunda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Nuray ƏSGƏROVA




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır
23.08.2019
Masallı rayonunun Güllütəpə kəndi ərazisində səyyar görüş
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info