Cəbhə bölgəsində möhtəşəm Alov festivalı
Tarix: 12.05.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Ölkəmizi bölgə-bölgə dolaşan birinci Avropa Oyunlarının məşəli mayın 10-da Ağcabədidən cəbhə bölgəsinə - Ağdam rayonuna gətirildi.
Axşam saatlarında birinci Avropa Oyunlarının məşəlinin Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi oldu. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşı Saleh Qurbanlı birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 kilometr məsafəni qət edib, Alov festivalının keçiriləcəyi məkana – Dövlət Bayrağı meydanının yerləşdiyi Soltanbud təpəsinin ətəyindəki Qala parkına gəldilər. Əllərində gül-çiçək və bayraqlar olan, rayonun kənd və qəsəbələrindən gəlmiş minlərlə ağdamlı “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini coşqu ilə qarşıladı.
Məşəl estafetini izləyən rayonun fəal gənclərindən olan Ruslan Zeynalov söhbətində deyib: “Nəhayət, həyəcanla gözlədiyimiz gün gəlib çatdı. Ölkəmizi diyar-diyar dolaşan birinci Avropa Oyunlarının məşəli bu gün rayonumuzda da alovlandı. Biz ağdamlı gənclər böyük sevinc hissi keçiririk. Gördüyünüz kimi ağdamlılar, xüsusən də gənclər “Bakı-2015”in məşəl estafetinin və Alov festivalının şahidi olmaq üçün buraya axışıb. Bu tarixi günü bizlərə yaşadanlara təşəkkür edir, yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzulayıram”.
Məşəl yürüşü mərasiminin sevincini yaşayan Ağdam rayonunun Şıxbabalı kəndindən olan məcburi köçkün İsgəndər İsgəndərov Alov festivalını ailə üzvləri ilə birlikdə izlədiyini bildirərək dedi:
“Ürəyimizdə belə bir hiss var ki, sanki doğma torpaqlarımıza qayıdışın başlanğıcındayıq. Biz o günün yetişəcəyinə inanır və belə məşəllərin həsrətini çəkdiyimiz yurd yerlərimizdə alovlanacağı günü səbirsizliklə gözləyirik”.
Sonuncu yürüşçü – futbolçu Xəyyam Qurbanov səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Rayon məktəblisi Günay Kazımovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər “Bakı 2015”in rəmzi kimi rayonda saxlanılacaq.
Mərasimdə birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Qala parkında keçirilən festival ağdamlılarda əsl bayram əhval-ruhiyyəsi yaratdı. Səhnədə nümayiş etdirilən Alov şousu, incəsənət ustalarının təqdim etdiyi konsert proqramı yaddaşlara həkk olundu.
Rayon gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı fikrini belə ifadə etdi: “İlk Avropa Oyunlarının məşəlinin doğma Qarabağda – Ağdam torpağında alovlanması bizi çox sevindirir. Buna görə ümummilli lider Heydər Əliyevin ruhu qarşısında baş əyirəm. Çünki onun müəyyən etdiyi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan belə bir tarixi hadisəyə imza atır. Ulu Öndər deyirdi ki, Azərbaycan dünyaya Günəş tək doğacaq. Belə də oldu. Bunun üçün Prezident İlham Əliyevə minnətdarıq”.
Minlərlə ağdamlının iştirak etdiyi Alov festivalı atəşfəşanlıqla başa çatdı
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş
21.08.2019
Quba rayonunda baş vermiş yanğın söndürülüb
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info