“Avropa Oyunları günlərində dünyanın diqqəti Azərbaycana yönələcək”
Tarix: 13.05.2015 | Saat: 01:21:00 | E-mail | Çapa göndər


Polşanın sabiq idman naziri Coanna Muka İlk Avropa Oyunları ilə bağlı “Trend”ə eksklüziv müsahibəsində bildirib ki, böyük beynəlxalq idman yarışmaları, adətən, ona ev sahibliyi edən hər bir ölkəyə uzunmüddətli faydalar gətirir: “İnanıram ki, Azərbaycanda baş tutacaq birinci Avropa Oyunları da bu baxımdan ölkə üçün əhəmiyyətli olacaq. Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə həm daxili, həm də xarici aspektlərdən böyük faydalar götürəcək.
Adətən bu cür yarışmalara ev sahibliyi edən hər bir ölkə dünya mətbuatının və ictimaiyyətin diqqət mərkəzində olur. Oyunlar ölkədə daxili infrastrukturun inkişafına, ölkəyə kapital axınına şərait yaradacaq, o cümlədən Azərbaycanın dünyada müasir və təhlükəsiz, səfər etmək və investisiya qoymaq üçün əlverişli ölkə kimi geniş təbliğinə imkan verəcək. Bundan əlavə, Oyunlar Azərbaycanda idmanın inkişafına da mühüm təsir göstərəcək. Burada söhbət yalnız idmançıların qələbələrindən və təcrübə qazanmasından getmir, o cümlədən insanlar arasında, xüsusən də gənclər arasında sağlam həyat tərzinin təşviqindən gedir. Birinci Avropa Oyunları sayəsində Azərbaycanda daha çox insan sağlam həyat tərzinə diqqət yeritəcək və idmanın onların həyatına, sağlamlığına gətirə biləcəyi faydaları müəyyən edəcəklər. Kütləvi informasiya vasitələri, xüsusən də televiziyalar və sosial media sayəsində Avropa Oyunlarının keçirildiyi müddətdə dünyanın diqqəti Azərbaycana yönələcək. Bu, Azərbaycan üçün xüsusi bir il olacaq, necə ki “AVRO 2012”yə ev sahibliyi etmək Polşa üçün xüsusi bir il olmuşdu. Həmin il Polşanın idman naziri olduğum üçün, bunu tam əminliklə deyə bilərəm. Çünki “AVRO 2012” Polşanın tarixində ən böyük investisiya gətirən bir hadisə kimi yadda qalıb. Həmin il Polşada yeni müasir və gözəl stadionlar tikildi, yarışmalara ev sahibliyi edən şəhərlərdə yeni hava limanları, dairəvi yollar, dəmir yolları və tramvay xəttləri salındı. “AVRO 2012” ilə əlaqədar Polşaya 650 mindən çox turist səfər etdi, hətta 300 minə qədər turist kimi qeydə alınmayan xarici qonaqları da bura əlavə etsək, daha böyük rəqəm alınar. Polşaya səfər edən insanlar sayəsində ölkə 100 milyonlarla avro gəlir götürdü. Lakin bu, hələ hamısı deyildi. Ən əsası, yarışlar zamanı keçirilən sorğular nəticəsində məlum oldu ki, ümumilikdə Polşaya səfər edən qonaqlar ölkə haqqında müsbət rəydədirlər. Belə ki, qonaqların 90 faizindən çoxu dostlarına və yaxınlarına Polşaya səfər etməyi tövsiyə etmək niyyətində olduğunu bildirdi, 80 faizə qədəri isə yarışlardan sonra yenidən Polşaya gəlmək arzusunda olduqlarını söylədilər. İnanıram ki, Azərbaycan da birinci Avropa Oyunları kimi böyük yarışmaya ev sahibliyi etməklə bu cür uğurlar əldə edəcək və həm ölkənin beynəlxalq nüfuzunun artmasına, həm də iqtisadi inkişafa nail olacaq”.




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq
4 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
5 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info