Vaxtından əvvəl yetişdirilmə əriyin keyfiyyətinə mənfi təsir göstərir
Tarix: 13.05.2015 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Meyvələr süfrəmizin ayrılmaz hissəsi olub ilboyu gündəlik qidalanmada istifadə olunurlar. Bu məhsulların tərkibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr üzvi turşular, minerallar, vitaminlər və s. maddələr vardır. Meyvənin tərkibi və keyfiyyəti onun növündən, yetişmə dərəcəsindən, saхlanılma üsullarından və müddətindən eləcə də bir sıra digər amillərdən asılıdır. Bu proseslərin təsirinin müşahidə edilməsi, həmin məhsulların keyfiyyətinin normativ-texniki sənədlərə uyğunluğunun müəyyən edilməsi baxımından və istehlak zamanı vacib məsələlərdəndir. Müasir dövrdə meyvələrin keyfiyyətinə ekoloji amillər, onların süni üsullarla, gübrələrin köməyi ilə yetişdirilməsi ciddi təsir göstərir. Ona görə də bu məhsulların istehlakı zamanı diqqətli olmaq lazımdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bu yazısında insan orqanizmi üçün gərəkli meyvələrdən olan əriyin istehlakı zamanı vacib olan bəzi məsələlər barədə danışacağıq. Əriyin dərildikdən sonra üç-beş gündən artıq qalmaması və tez xarab olması bunları bilməyi zərurətə çevirir.
Məlum olduğu kimi, əriyin 20-dən çox növü mövcuddur. Ərik meyvələri zəngin kimyəvi tərkibə və yüksək qidalılığa malik olduğundan böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Tərkibində şəkərlər, müxtəlif turşular, pektin maddələri və vitaminlər vardır. Toxumlarında 45-58% yağ və 25% zülal vardır. Ərik qalxanvari vəzi xəstəliklərinin qarşısını alır, maddələr mübadiləsinə, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, böyüməyə kömək edir, görmə qabiliyyətini artırır, şəkər xəstəliyi riskini azaldır, immuniteti gücləndirir, qanı artırır, həzm prosesini yaxşılaşdırır, susuzluğun qarşısını alır.
Əriyin xarici görünüşü və yetişdiyini orqonoleptik göstəricilərə görə təyin etmək olar. Meyvələrin yığılması vaxtı onun istehlak məqsədindən asılıdır. Təzə halda yemək üçün meyvələr tam yetişdikdə yığılır. Emal üçün nəzərdə tutulmuş meyvələr tam yetişməyə 3-4 gün qalmış yığılır və qablaşdırılır. Qablaşdırılmadıqdan əvvəl əriklər növlərinə görə qruplaşdırılmalıdır.
Yüksək qidalılığa malik ərik təzə-təzə yeyilməlidir. Həmçinin ondan qurudulmuş halda və kompot, mürəbbə, cem, pavidla, pastila, şirə, şərab və s. hazırlanaraq istifadə olunur. Təzə halda yetişmiş ərik həzm prosesini yaxşılaşdırır, susuzluğun qarşısını alır, bağırsaqları yumşaldır, dərini gözəlləşdirir. İnsanların gün ərzində ən azı 3-5 ərik yeməyi daha faydalı hesab olunur.
Əriklər müxtəlif irilikdə, formada və rəngdə olur. Bir meyvənin çəkisi orta hesabla 40-50 q olur. Təbii meyvələri iyun və iyulda yetişir. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir.
Əriyin daşınması xüsusi taralarda həyata keçirilir. Ərik qablaşdırılan taralar möhkəm, təmiz-quru olmalı, kənar iy verməməlidir. Taralarda əriklər səliqəli və iki sıradan çox olmayaraq yığılmalıdır.
Ticarət şəbəkəsində əriyin yaxşı və keyfiyyətli qalması üçün onu -0,50C + 0,5ºC temperaturda saxlamaq lazımdır. Ev şəraitində isə +50C +80C temperaturda saxlanıla bilər. Əriyi soyuducuda polietilen paketlərdə saxlamaq olar. Əriyin saxlanmazı zamanı nisbi rütubətliyi 90% olmağı məqsədəuyğundur.
Əriyin yetişməsinin müəyyən edilməsinin bir sıra üsulları vardır. Belə ki, təzə əriyin rəngi qızılı və narıncı olur. Ərikdə olan çəhrayı rəng onun şirin olacağına dəlalət edir. Yetişmiş ərik yumşaq olur.
İstehlakçı olaraq hər biriniz ərik alarkən onun qablaşdırılmasına, saxlanma şəraitinə və temperaturuna diqqət edin. Əzilmiş, ziyanvericilərin təsirinə məruz qalmış əriyin istehlakı faydasız olmaqla yanaşı, sağlamlığınız üçün təhlükəlidir.
Qeyd etdiyimiz kimi, istehlakda əriyin konservləşdirilmiş məhsulları da önəmli çəkiyə malikdir. Ondan mürəbbə, kompot, cem və s. hazırlanır. Bu məhsulların hər birinin özünəməxsus hazırlanma üsulları vardır. Ərikdən hazırlanan mürəbbə keyfiyyəti ilə fərqlənir, çox qidalıdır və xoş ətrə malik olur.
Bu meyvənin özü kimi şirəsi də qidalı və faydalıdır. Ancaq şirə hazırlanmasında zərərvericilərin təsirinə məruz qalan xammaldan istifadə etmək məsləhət deyil. Bu zaman xoşagəlməz dad və yad qoxulu şirə alınar. Kompotda meyvə və giləmeyvə öz formasını saxlamalıdır. Kompotun meyvəsi bütöv, şirəsi şəffaf, dadı şirin və ətirli olmalıdır.
Hazırlanmış bu məhsullar bankalara doldurulur və ağzı qapaqla kip bağlanır. Qablaşdırılmasında əsas etibarilə şüşə və metal bankalardan istifadə edilir. Rənginin bulanması, qıcqırması və yaxud kiflənməsi də onların xarab olmasını deməyə əsas verir.
Hazırlanma texnologiyasının pozulması məhsulun xarab olmasına səbəb ola bilər. Belə pozuntulardan ən çox müşahidə olunan hal hermetikliyin pozulmasıdır ki, bu da məhsulun qapağının və dəmir bankalarda dibinin şişkinliyinə səbəb olur. Bu zaman konservə xas olmayan rəng və çöküntünün yaranması müşahidə olunur.
Bu cür məhsullar təmiz, quru və yaxşı vintilyasiya olunmuş yerlərdə 75%-dən çox olmayan nisbi rütubətdə, qablaşdırılmasından asılı olmayaraq 0-25ºC temperaturda saxlanılmalıdır. Şüşə qablara qablaşdırılmış məhsullar birbaşa günəş şüalarından qorunmalıdır.
Konservlərin keyfiyyəti, rəngi, dadı, qoxusu saxlama zamanı da dəyişikliyə məruz qala bilər. İşığın təsiri altında konservlər yüksək temperaturda saxlanıldığı zaman burada qeyri-fermentativ reaksiyalar sürətlənir. Bu amillərin mənfi təsirini mümkün olduğu qədər azaltmaq üçün ərikdən hazırlanmış konservləri quru, sərin və qaranlıq yerlərdə saxlamaq tövsiyyə olunur.
Təzə ərik alarkən və ya hazırlanan konservləşdirilən məhsullarından istifadə edərkən qeyd olunan əlamətlərinə, saxlanma şəraitinə və müddətinə diqqət edin.
Təqdim etdi: Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?
21.06.2019
Yüksək təzyiqi salan 15 qida

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info