Arıqlamaq üçün vitamin
Tarix: 13.05.2015 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


D vitamini əlavəli qidaların qəbulu artıq çəkidən əziyyət çəkən insanlara yardımçı olur. Sözsüz ki, əgər bu insanlarda D vitamini çatışmazlığı varsa.
Milli.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, D vitamini çatışmazlığı orqanizmdə piylənmə təhlükəsi yaradır.
Milan Universitetinin alimlərinin araşdırması nəticəsində məlum olub ki, D vitamini çatışmazlığından əziyyət çəkən adamlar artıq çəki problemi ilə üzləşirlər. Bu vitaminlə problemləri olmayan adamlar isə artıq çəkidən uzaqdırlar.
Bu nəticəyə gəlmək üçün alimlər 400 nəfər könüllünü tədqiqata cəlb ediblər. Onları üç qrupa bölüblər. İlk qrupda olanlar heç bir qida əlavəsi qəbul etməyiblər. İkincilər ay ərzinə 25 porsiya D vitamini qəbul ediblər. Üçüncülərdəki porsiya isə 100 olub. Hər üç qrupda olanlar balanslaşdırılmış az kalorili yeməklərlə qidalanıblar.
6 aydan sonra üçüncü qrupdan olan insanların orqanizmində D vitamini optimal səviyyəyə çatıb. Bununla belə, artıq çəki probleminin aradan qalxması istiqamətində D vitamini əlavəsi qəbul edən digər qrupda da arıqlayanlar olub. İkinci qrupda orta çəki salma miqdarı 3.8 kq olduğu halda, üçüncü qrupdan olan insanlar orta hesabla 5.4 kq çəki atıblar.
Xatırladaq ki, D vitamini günəş şüası vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yumurta, süd, yoqurt, balıq və yulaf yarması kimi qidalarda D vitamini olur.

Milli.Az




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycan tibb sahəsində yeni beynəlxalq sənədə qoşulur
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info