Korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair növbəti təlim keçirilib
Tarix: 13.05.2015 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı “Mükafatlandırma siyasəti” mövzusunda növbəti treninq keçirilib.
Prezidentin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, təşkil edilmiş tədbirdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib. Treninqdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə dövlət müəssisələrində mükafatlandırmanın növləri və korporativ idarəetmə baxımından mahiyyəti və s. barədə iştirakçılara məlumat verib. Tədbir çərçivəsində mükafatlandırma ilə bağlı beynəlxalq təcrübə barədə məlumat verilmiş, mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılıb. Ümumilikdə, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı 38 istiqaməti əhatə edən 8 mövzu üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.
İlkin




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Ata və oğulun uyuduğu iki yanaşı məzar
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
12.08.2020
İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi
11.08.2020
Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info