“Bakı öz gözəlliyi ilə Avropadan gələn bütün idmançıları heyran edəcək”
Tarix: 14.05.2015 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


MDB ölkələrinin aktiv gəncləri Bakıda sağlam həyat tərzi ilə bağlı keçirilən beynəlxalq tədbirdə iştirak edirlər. Həmin gənclərdən bir neçəsi ilk Avropa Oyunları ilə bağlı fikirlərini eksklüziv olaraq “Palitra”ya
bildiriblər.

Qazaxıstan Reproduktiv Sağlamlıq Assosiasiyasının koordinatoru İlya Zolin “Bakı-2015”in nümunəvi bir tədbir olduğunu dedi: “Digər tərəfdən də ilk Avropa Oyunlarının Azərbyacan üçün böyük tarixi əhəmiyyəti var. Biz ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Olimpiya stadionunda olduq. Deyə bilərəm ki, Azərbyacan ağır və çətin bir işin öhdəsindən çox uğurla gəlib. İlk Avropa Oyunlarının başlamasını səbirsizliklə, həyacanla gözləyən minlərlə insan var. Hamı bilir ki, ilk Olimpiya Oyunları Yunanıstanda keçirilib, ilk Avropa Oyunları isə Azərbaycanda keçiriləcək. Azərbaycan bununla da öz adını tarixə yazacaq. İnanıram ki, Xəzər dənizinin sahilində yerləşən Bakı şəhəri öz gözəlliyi ilə Avropadan gələn bütün idmançıları, nümayəndə heyətlərini, jurnalistləri heyran edəcək”.
Azərbaycanda ilk dəfə olduğunu deyən İlya Zolin bura gəlməmişdən qabaq internetdə ölkəmiz haqqında maraqlanıb: “Düzünü deyim ki, bu cür gözəllik, Şərq qonaqpərvərliyi məni heyran etdi. Müxtəlif üslublarda tikilmiş gözəl binalar, parklar məni heyran etdi. Mən Bakını yaşıllıqlara bürünmüş şəhərə bənzətdim. Azərbaycan xalqının qonaqpərvərliyi, səmimiliyini xüsusilə qeyd etmək istərdim. Bakıda olarkən harasa getmək üçün yolu soruşduqda, qarşıma çıxan bütün insanlar məmnuniyyətlə mənə kömək etdilər. Heç kim bu köməkdən imtina etmədi. Bir sözlə, mən Bakıya və Azərbaycan xalqına valeh oldum”.

“Bakı-2015” tarixi hadisədir”
Özbəkistan Xalq Təhsili Nazirliyinin administratoru Andrey Maleyevsə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin tarixi və möhtəşəm bir hadisə olduğunu dedi: “Bakı-2015” tarixə düşərək gələcək nəsillərə qalcaq. Ona görə bu Oyunlar elə yüksək səviyyədə olmalıdır ki, onlar bundan ibrət götürsünlər. Əminəm ki, oyunlar çox maraqlı və yüksək səviyyədə keçəcək. Mən burada çox qalsaydım mütləq bu Oyunlara tamaşa edərdim”.
Andrey Maleyev Bakının bəzi xüsusiyyətlərinin ona Daşkəndi xatırlatdığını bildirdi: “Normalda bizim dillər oxşardır. Bakıda yol ilə gedərkən reklam və afişalara baxdıqda sanki özümü Dakənddə hiss edirəm. İçərişəhər isə mənə daha çox İstanbulu xatırlatdı. Mən iki il əvvəl də Azərbaycanda olmuşdum. O zaman Azərbaycan gözəl idi. İndi daha da gözəlləşib. Çünki Bakıda yüksəkmərtəbəli binaların tikintisi dayanmadan davam edir. Bu bir şedevrdir, əsasən də Bakı gecələri”.

“Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını yüksək qiymətləndirirəm”
Belaruslu könüllü və fotoqraf Aleksandr Karpoviç ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yüksək qiymətləndirir: “İlk Avropa Oyunları ilə bağlı Bakıda mənə deyildi. “Addım” Gənclər Təşkilatı tərəfindən bizə bu Oyunlar haqqında ətraflı məlumat verildi. Çox sevindim ki, belə bir tədbir Azərbaycanda keçiriləcək. Hesab edirəm ki, dünyada keçirilən istənilən idman tədbiri əhəmiyyətlidir. Bu səbəbdən də Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını yüksək qiymətləndirirəm”.
Aleksandr Karpoviç Bakının gözəl arxitekturasının olduğunu dedi: “İlk dəfədir ki, Azərbaycanda oluram. Artıq iki gündür şəhəri gəzirəm və deyə bilərəm ki, Bakı çox gözəl şəhərdir. Burada insanlar çox səmimidir. Bir fotoqraf kimi deyə bilərəm ki, şəhərin vizual görünüşü, insanlarda olan ruh yüksəkliyi mənə çox yüksək təsir bağışladı. Hesab edirəm ki, növbəti günlərdə ölkənizlə daha yaxından tanış olmaq imkanım olacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info