“Çanaqqalada bütün türk dünyası qardaşlıq idealları uğrunda savaşıb”
Tarix: 14.05.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“Çanaqqala zəfəri: 1915-ci ildə I Dünya müharibəsinin təlatümləri və Osmanlı imperiyası” mövzusunda elmi konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Çanaqqala zəfəri: 1915-ci ildə I Dünya müharibəsinin təlatümləri və Osmanlı imperiyası” mövzusunda elmi konfrans keçirilib. Konfransda çıxış edən institutun direktoru Gövhər Baxşəliyeva bildirib ki, tədbirin keçirilməsində məqsəd Çanaqqala zəfərini qeyd etməklə yanaşı, həmin dövrdə Osmanlı imperiyasında baş verən hadisələri təhlil etməkdir.
Onun sözlərinə görə, Çanaqqalə zəfəri tarixə qızıl hərflərlə yazılıb: “1915-ci ilin fevralından 1916-cı ilin əvvəllərinə kimi davam edən bu savaşda türk əsgərinin mərdliyi düşməni dəf etdi. Çanaqqala zəfəri minlərlə şəhidin qanı hesabına tarixə yazılmış salnamədir”. G. Baxşəliyeva Çanaqqala zəfərinin qazanılmasında Azərbaycanın da rolunun olduğunu vurğulayıb: “Çanaqqala zəfəri həm də Azərbaycanın müstəqilliyinin əldə edilməsinə töhfə verdi. Təsadüfi deyil ki, məhz bu köməyin qarşılığı olaraq, Nuru Paşa 1918-ci ildə Qafqaz İslam Ordusu ilə Bakını erməni-bolşevik işğalından azad etdi”.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli çıxışında Azərbaycan-Türkiyə həmrəyliyindən danışaraq, iki ölkənin bütün sahələrdə qardaşlıq nümayiş etdirdiyini qeyd edib. Onun sözlərinə görə, Çanaqqala zəfərinin ildönümü ilə əlaqədar Azərbaycanda da silsilə tədbirlərin keçirilməsi həmrəyliyin bariz nümunəsidir: “Bu gün Çanaqqala zəfəri dünyaya barış mesajını verir. Bu savaşdan bütün Türk dünyasının çıxardığı nəticə budur və sülhsevərlikdir. Çünki Çanaqqalada Azərbaycan da, bütün türk dünyası da məhz qardaşlıq idealları uğrunda savaşıb. Hesab edirəm ki, Çanaqqala zəfərinin 100 illiyi Qarabağ probleminin şifrəsidir”. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun isə qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri qardaşlığa dayanır. Onun sözlərinə görə, hazırda iki dövlətin bütün sahələrdə əməkdaşlığı və birliyi qürurvericidir: “Çanaqqala zəfərinə gəldikdə isə bu tarixin əhəmiyyətini anlamaq üçün daha əvvəlki illərə qayıtmalı və hadisələri dərindən təhlil etməliyik. Həmin dövrdə Osmanlı İmperiyasına qarşı planlar, imperiyanı zəiflətmək və parçalamaq üçün görülən işlərə baxılmalıdır. Hesab edirəm ki, bu gün biz Çanaqqala savaşından bir barış mesajı çıxarmağı bacarmışıq”. Səfir qondarma “erməni soyqırımı”na da münasibət bildirərək qeyd edib ki, hazırda Türkiyənin bütün dünyanın qarşısında alnıaçıq dayanmasının səbəbi 1915-ci il hadisələrinə ədalətli yanaşmasıdır. Konfransda Çanaqqala hadisələrini əks etdirən tarixi kadrlar nümayiş etdirilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
Ata və oğulun uyuduğu iki yanaşı məzar
12.08.2020
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
12.08.2020
İcra başçısı Tovuzda yaralanan zabiti ziyarət etdi
11.08.2020
Azərbaycanda bir gündə 214 nəfər COVID-19-dan sağalıb, 84 nəfər yoluxub, 3 nəfər vəfat edib
10.08.2020
Seymur Orucov Dilbaz Atçılıq Təsərrüfatı Kompleksindəki şəraitlə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Turizm Agentliyi sahibkarlara müraciət edib
3 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
4 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
5 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info