Alov festivalının növbəti ünvanı: Qədim Bərdə
Tarix: 14.05.2015 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Birinci Avropa Oyunlarının məşəli mayın 13-də Yevlaxdan Nüşabə yurduna - Aran Qarabağın qədim şəhəri Bərdəyə gətirilib.
Gündən-günə gözəlləşən və inkişaf edən Bərdə şəhərinin girişindəki Dövlət Bayrağı meydanında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi oldu.
Bərdə şəhər 1 nömrəli incəsənət məktəbinin müəllimi Səxavət İsmayılov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.
Məşəlçilər yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Nüşabə küçəsi və Heydər Əliyev prospektindən keçməklə, Bərdə türbəsinə, sonra isə mərkəzi meydana gəldilər. Rayonun fəal gənclərindən olan Fuad Ağayev səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Oyunların sonuna qədər şəhərdə qalacaq çıraq rayon ictimaiyyətinə təqdim edildi.
Əsl xalq bayramına çevrilən Alov festivalında birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin konsert proqramı bərdəlilərin bayram sevincini daha da artırdı. 50 min nəfərə yaxın insanın izlədiyi festival, o cümlədən idmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, Alov şousu bərdəlilərdə xoş ovqat yaratdı.
Məşəl yürüşündə iştirak edən sonuncu məşəlçi Fuad Ağayev təəssüratlarını bölüşərək deyib: “Birinci Avropa Oyunlarının məşəlini daşıyanlardan biri də mən olduğum üçün qürur hissi keçirirəm. İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada qazandığı nüfuzdan xəbər verir. Bu əlamətdar hadisə Azərbaycanın tarixinə parlaq səhifə kimi həkk olunacaq. Birinci Avropa Oyunları ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin nümayişinə şərait yaradacaq, bütün dünya Azərbaycanı izləyəcək. Birinci Avropa Oyunlarının alovu bütün insanları, bütün dünyanı birliyə, həmrəyliyə, dostluğa çağırır”.
Məşəl yürüşü mərasiminin sevincini yaşayan Mirzalıbəyli kənd tam orta məktəbinin müəllimi Nizami Quliyev fikirlərini belə ifadə etdi: “Bu gün kiçikdən böyüyə minlərlə Bərdə sakini “Bakı-2015” birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün meydana toplaşıb. Siz insanların çöhrəsindəki sevinc və bayram coşqusuna baxın. Bunu görmək çox gözəldir. İnanırıq ki, idman sülh və dostluq elçisi kimi Azərbaycan həqiqətlərini, xalqımızın arzu və istəklərini bütün dünyaya çatdıracaq. Qoy, Azərbaycan qalib gəlsin”.
Budo döyüş növü üzrə dördqat dünya çempionu Anar Süleymanov isə dedi: “Alov festivalında ikiqat sevinclə iştirak edirəm. Bu böyük bayrama bir neçə gün əvvəl İtaliyada keçirilən dünya miqyaslı yarışdan qazandığım birinciliyin qələbə sevinci ilə qatılmışam. Çox ölkələrdə idman yarışlarında olmuşam. Həmişə arzum olub ki, belə yarışlar Azərbaycanda da keçirilsin. Artıq bu arzum da reallaşır. Doğma rayonumda bu cür möhtəşəm festivalın keçirilməsinə, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsinə görə sevincimin həddi-hüdudu yoxdur. Yarışlarda iştirak edən idmançılarımıza uğurlar arzulayıram”.
Alov festivalı atəşfəşanlıqla başa çatdı.
Mayın 14-də məşəl karvanı Goranboy və Naftalana yollanacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21.08.2019
Aşura mərasimləri: ənənəvilik və müasirlik
21.08.2019
Masallı rayonunun Birinci Səmidxanlı ərazisində səyyar görüş
21.08.2019
Quba rayonunda baş vermiş yanğın söndürülüb
21.08.2019
Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi yaradılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info