Çiyələk alarkən nələri bilmək lazımdır
Tarix: 14.05.2015 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


İstehlakda mövsümi məhsullara tələbatın çoxalması faktdır. İndi hər kəs meyvə, tərəvəz, giləmeyvə və s. kimi məhsulların istehlakına xüsusilə üstünlük verir. Bir tərəfdən onların təzə halda istifadəsi, digər tərəfdən isə konservləşdirilməsi həmin məhsulların keyfiyyət və təhlükəsizliyi ilə bağlı məsələləri aktuallaşdırır. İstehlakçıların böyük əksəriyyəti bu amili ciddiyə almadığından nəticə heç də həmişə ürəkaçan olmur. Belə ki, xüsusilə süni vasitələrin, kimyəvi birləşmələrin köməyi ilə becərilən bu kimi məhsulların istifadəsi ən müxtəlif problemlərin, o cümlədən qida zəhərlənmələrinin artması ehtimalını gücləndirir. İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bu yazısında insan orqanizmi üçün gərəkli giləmeyvələrdən olan çiyələyin istehlakı zamanı vacib olan bəzi məsələlər barədə danışacağıq.
Məlum olduğu kimi giləmeyvələr 3 yarımqrupa bölünürlər: həqiqi, mürəккəb və qeyri-həqiqi giləmeyvələr. Çiyələk qeyri-həqiqi giləmeyvələr qrupuna daxil olub yabanı halda meşə ətrafında bitir, mədəni halda isə müхtəlif sortları becərilir. Çiyələk ətri, dadı və görünüşüylə cəlbedici olmaqla yanaşı, eyni zamanda təxmin edə bilməyəcəyiniz qədər faydalıdır. Çiyələyin tərкibində şəкər, üzvi turşu, C vitamini, pektin maddələri, dəmir duzları, efir yağı və s. vardır. Yarpaqlarında isə C vitamini, aşı maddəsi, üzvi turşular vardır. Ondan mürəbbə, кompot və digər məhsullar hazırlanır.
Elmi təbabətdə çiyələyin meyvələrindən və yarpaqlarından geniş istifadə olunur. Belə ki, çiyələk orqanizmin maddələr mübadiləsini yaxşılaşdırır, həzmolmanı asanlaşdırır, qaraciyərin iltihabını aradan qaldırır, avitaminoz xəstəliyinə qarşı yaxşı təsir göstərir. Qurudulmuş meyvələrindən və yarpaqlarından çay kimi dəmləyib, öd yolları, böyrək xəstəliklərində və s. istifadə edilir.
Çiyələyin keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşü nəzərdən keçirməli, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, etiketlənməsi və s. mərhələlərində müvafiq dövlət standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmasını yoxlamalıdır.
Çiyələyin istehlakçıya keyfiyyətli halda çatdırılmasında onun qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Bu məhsul qablaşdırılan tara keyfiyyətcə standartın tələbinə cavab verməlidir. Çiyələk daşınması xüsusi taralarda həyata keçirilir. Çiyələk qablaşdırılan taralar möhkəm, təmiz-quru olmalı, kənar iy verməməlidir.
Çiyələyin qablaşdırıldığı taralar mütləq markalanmalıdır. Markalanmada onun xalis və tara ilə çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Bu məhsul keyfiyyətini itirməmək üçün qısa müddətdə istehsal yerindən birbaşa istehlak yerinə çatdırılmalıdır.
Keyfiyyətli çiyələk istehlak etmək istəyən istehlakçılar onun satıldığı yerdə saxlanma şəraitinə xüsusi fikir verməlidir. Saхlanma zamanı onun keyfiyyətində dəyişikliklər baş verdiyinə görə ticarət obyektlərindən bu məhsulu alarkən qeyd olunan məsələlərə diqqət yetirilməlidir.
Çiyələk alarkən istehlakçıların diqqət etməli olduğu digər məqam onun yetişməsi üçün xarakterik fəsil olub-olmadığıdır. Çünki çiyələk onun yetişməsi üçün xarakterik olan fəsildə daha ləzzətli və faydalıdır. Çiyələyi ehtiyacınız olduğu miqdarda almağınız və soyuducuda uzun müddət saxlamamağınız tövsiyyə olunur.
Saхlanma müddətinə görə çiyələk qısa müddətə saхlanıla bilən giləmeyvədir. Bu qrupa aid məhsulları optimal temperaturda 5 gündən 20 günə qədər saхlamaq olar.
Ticarət şəbəkələrindən çiyələk alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə məruz qalmasına, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Qablaşdırılmış şəkildə satılan məhsul içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.
Aldığınız çiyələyi inventar arabasına zədələnməyəcəkləri şəkildə yerləşdirin. Belə ki, məhsulların zədələnməsi onların korlanması prosesini sürətləndirir.
Ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsullar satıla bilər. Geni dəyişdirilmiş çiyələk görünüşcə sağlam olmasına və uzun müddət təzə qalmasına baxmayaraq mütəxəssislərin fikrincə bu cür məhsulların tərkibində toksik maddələrin olması ehtimalı çoxdur və onlar insan orqanizmində ciddi xəstəliklərə yol aça bilər.
Çiyələk müxtəlif irilikdə və formada olur. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən kimyəvi birləşmələrdən istifadə edilməsi onun keyfiyyətinə mənfi təsir göstərir və zəhərlənməyə səbəb ola bilər. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil.
Çiyələk alarkən qırmızı rəngli və ləkəsiz olanları seçin. Aldıqdan sonra qısa müddətdə yeyilməsi məsləhətdir. Soyuducuda 1-2 gün saxlayacaqsınızsa, saplarını qoparmadan və yumadan geniş bir kasa içində saxlayın. Çiyələkləri yuyarkən saplarını ayırd edin. Çiyələk alarkən kiçik ölçülü, xırda meyvələrə üstünlük verilməlidir. Çünki onların süni yetişməsi üçün nitro preparatları işlənir və həmin dərmanlar daha çox böyük ölçüdə olan meyvələrə toplanır. Ümumiyyətlə küçədə, antisanitar şəraitdə satılan çiyələk almaq yaxşı olmayan nəticələr verə bilər.

Təqdim etdi: Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?
21.06.2019
Yüksək təzyiqi salan 15 qida

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info