“Oyunların Azərbaycanda keçirilməsindən böyük qürur duyuram”
Tarix: 14.05.2015 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


Bülənt Maşaoğlu: “Kaş ki, bu cür fəaliyyətlər bütün türk dünyasında davamlı olaraq həyata keçiriləydi”

“Türk dünyasından Türkiyəyə gələn tələbələrə maddi və mənəvi dəstək göstərmək ilk vəzifələrimizdəndir”


Türk dünyası ölkələri arasında təhsil, mədəniyyət, həmçinin strateji sahədə əlaqələri və birliyi gücləndirmək, dünyaya mədəniyyət, idman, təhsil mərkəzi kimi açılmaq həmin ölkələrin cəmiyyətlərində olduqca aktual məsələ sayılır. O cümlədən, ictimai birliklər də bu məsələdə öz töhfələrini vermək üçün önəmli təşəbbüslərlə çıxış edirlər.
Bu mövzuda müsahibimiz Türkiyədəki “Ural” Təhsil, Mədəniyyət və Strateji Araşdırmalar Dərnəyinin rəhbəri Bülənt Maşaoğludur.
- Bülənt bəy, öncə özünüz, yeni təşkilatınız və onun yaranma səbəbləri barəsində fikirlərinizi bilmək istərdik.
- İcazənizlə, öncə özüm haqqında bilgi verim. İstanbul Universiteti Siyasi bilgilər fakültəsini bitirmişəm. Hazırda Türkiyədəki dostlarımızla bir araya gələrək “Ural” Təhsil, Mədəniyyət və Strateji Araşdırmalar Dərnəyini qurduq. Dosltar sağ olsun, bizi başqanlığa layiq gördülər. “Ural” Təhsil, Mədəniyyət və Strateji Araşdırmalar Dərnəyi, “Dildə, fikirdə, işdə birlik” qayəsi ilə yola çıxaraq, türk dünyasında bu şüarın gerçəkləşdirilə bilən olduğunu göstərmək və bu sahədə sosial, mədəni, iqtisadi layihələrdə dünyada bu düşüncənin müdafiəçisi olmaq və fərdi olaraq türk dünyasına yönəlik çalışmalarımızı daha mütəşəkkil və effektiv edə bilmək adına belə bir işə girişdik. Məqsədimiz türk dünyasına yönəlik təhsil və mədəniyyət sahələrində qardaşlıq bağlarının güclənməsi və bütün türk xalqlarının bir-birini daha yaxşı tanıyıb-qaynaşmasını təmin etməkdir. Türk dünyasından Türkiyəyə gələn tələbələrə gərək maddi, gərəksə mənəvi dəstək göstərmək ilk vəzifələrimizdəndir. Tək bir soydan gələn, eyni dilə və eyni mədəniyyətə sahib insanların bir çox ortaq payda da buluşub ortaq layihə istehsal edib, dünyaya yön verməsi daha asan olmalıdır.
- Yeni təşkilatınız türk xalqlarının təhsil və mədəniyyət sahəsində əlaqələrində hansı boşluqları doldurmağa töhfə verə bilər?
- Bu barədə bəzi layihələrimiz var. Məsələn, URAL-ın bəzi layihələri bunlardır: Strateji mənada türk dünyasının problemlərinə həll yolları tapmaq və səlahiyyətli orqanlarla paylaşmaq, türk dünyasının hər hansı bir bucağında olan problemdə, gərək Türkiyədə, gərəksə türk dünyasının digər bölgələrində gündəm formalaşdırmaq, türk dünyası tələbələrinin təqaüd imkanlarını genişləndirmək, türk dünyası ölkələrində mədəni bağlılığı artırmaq. “URAL” yuxarıda saydığımız və digər bir çox fikir və layihələrlə türk dünyası birliyinin dəstəkçisi olmaq və bu fikrin xəyal deyil, gerçəkləşdirilə bilən olduğunu göstərmək məqsədi güdür.

“Qərb dünyası, təəssüf ki, bu oyunların çox-çox az bir qismini Şərq ölkələrinə həvalə edir. Məsələn, biz illərdir, Dünya Olimpiadalarını almaq üçün çalışırıq, amma təəssüf ki, lobbimiz yetərsizdir”

- Siz Bakı Avropa Oyunları ilə bağlı nə düşünürsünüz? Türk dünyasında bu cür oyunların keçirilməsini necə qiymətləndirirsiniz?
- Öncə bunu söyləmək istəyirəm ki, bu cür beynəlxalq oyunlar türk dünyasına çox şey qatmaqdadır. Ölkənin tanıdılması və turizm sahələrində çəkilən xərclərdən, bunun xeyri müqayisəyəgəlməz dərəcədə çoxdur. Bəzi dəyərlər var ki, bunu maddiyyat ilə ölçmək olmaz. Ölkənin tanıdılması, onun dünyadakı imicinin daha da gücləndirilməsi də bu sıradandır. Məsələn, Avropa və Amerikada hələ Türkiyənin adını və yerini bilməyən insanlar vardı. Ancaq futbol, “Eurovizion” kimi sahələrdə uğurlu olmaq, ölkəmiz barəsində məlumatları onlarda artırdı. Elə ölkələr var ki, sırf bu tanıdılma üçün lobbi quruluşlarına milyardlar xərcləyirlər. Azərbaycanda bu işlər üçün edilən yatırımlar, oyunların sonunda yenə Azərbaycan torpaqlarında qalacaq və Azərbaycan xalqının istifadəsinə veriləcək. Mən bu səbəblərdən ötrü bu oyunların Azərbaycanda keçirilməsindən böyük qürur duyuram. Kaş ki, bu cür fəaliyyətlər bütün türk dünyasında davamlı olaraq həyata keçiriləydi. Amma siz də bilirsiniz ki, Qərb dünyası, təəssüf ki, bu oyunların çox-çox az bir qismini Şərq ölkələrinə həvalə edir. Məsələn, biz illərdir, Dünya Olimpiadalarını almaq üçün çalışırıq, amma təəssüf ki, lobbimiz yetərsizdir. Bizim düşüncələrimiz arasında UEFA Kuboku bənzəri “Türk Dünyası Kuboku” düzənlənməsi, bütün idman növlərində ortaq fəaliyyət göstərmək var. Məsələn, önümüzdəki dönəm Dünya Olimpiadalarını türk dünyası olaraq alsaq, tayı-bənzəri olmayan, bir tanıdılma və birlik göstərmiş olarıq. Təbii ki, biz Türkiyədə bunlar üçün ancaq lobbi çalışması gerçəkləşdirə bilərik. Türk dünyası ölkələrinə könül vermiş bütün ictimai birliklər öz ölkələrində lobbi çalışması ilə məşğul olsa, gələcəkdə də bu cür Oyunların türk dünyası ölkələrində keçirilməsinə töhfə verə biləcəklərinə inanıram.

İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info