Binəqədidə Beynəlxalq Ailə Gününə həsr edilən tədbir keçirilib
Tarix: 15.05.2015 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyəti və M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbində 15 may - Beynəlxalq Ailə Gününə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbin rəhbərliyi və valideyn kollektivi iştirak etdilər.
İlk öncə tədbiri M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva açaraq musiqi məktəbinin fəaliyyəti barədə qısa məlumat verdi və sözügedən tədbirin şagirdlərin öz böyük ailələrinə hədiyyəsi olduğunu bildirdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova bildirdi ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. N.Allahyarova qeyd etdi ki, biz öz ailələrimizi qorumalı və övladlarımızı vətənimizə, xalqımıza layiqli şəkildə tərbiyə etməli, böyütməliyik.
Daha sonra M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin tələbələri müəllimləri və valideynləri önündə hesabat konserti ilə çıxış etdilər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info