Fiziki hərəkət-həyat deməkdir
Tarix: 20.05.2015 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Bizim bədənimizdə 600 müxtəlif əzələ vardır və əzələ liflərini təşkil edən ən əsas hissə isə zülaldır. Əzələ kütləsi yalnız yıgılma və boşalma zamanı saxlanıla və arta bilər, sakit vəziyyətdə isə əzələlər atrofiyalaşır. İnsan yaşlaşdıqca əzələ və piy toxmasının nisbəti potoloji olaraq, hətta qamətli insanlarda belə piy toxumasının artmasına yönəlir. Herontoloqlar əzələ kutləsinin itirilməsini qocalıq əlaməti hesab edirlər, lakin hal-hazırda gənclərin 30%-ə qədərinin əzələ kütləsinin çatışmamazlığı faktdır. Əzələlər təbiyətin unikal təzahürüdür: onlara ehtiyac olmadıqda onlar dərhal atrofiyalaşır. Lakin ən maraqlısı odur ki, onlar fiziki yük və qida alan kimi bərpa olmaq qabiliyyətinə malikdirlər.

Fiziki hərəkətlər nə üçün xeyirlidir?
-Depresiyadan çox gözəl müalicə vaistəsidirlər: intensif fiziki fəaliyyət zamanı orqanizimdə endorfin və ya «xoşbəxtlik hormonu» yaranır;
-Streslərə davamlığı artırır: fiziki fəaliyət zamanı stress harmonu olan adrenalinin səviyyəsi aşağı düşür;
-«Pis» xolesternin, triqliseridlərin səviyyəsi enir, “yaxşı “ xolesterinin miqdarı artır ki, buda aterosklerozdan müdafiyədir;
-Arterial təzyiqi normalaşdırır, və nəticədə insultların və ürək tutmaları riskini azaldır;
-Kalori sərfi, iştahanın normallaşması və mübadilə proseslərinin sürətlənməsi hesabına bədən çəksinin aşağı düşməsinə kömək edir.
-Sümük və oynaqların davamlılığını artırır- osteoparozun profilaktika və mülicəsi;
-Orqanizmin adaptasion imkanlarını,insanın iradəsini inkişaf etdirir.
Lakin fiziki aktivliyin bütün ustunlüklərinə baxmayaraq, bir çox insanlar oturaq həyat tərzi keçirir və nəqliyyatı piyada gəzməkdən, televizoru trenajordan, virtual həyatı real hərəkətdən üstün tuturlar. Hipodinomiya ( latınca “ hipo” – az, “ dinamo” – hərəkət deməkdir) bir çox xəstəliklərin idarə olunan risk faktoruna aid olub həyatın müddətini çoxlu illər qisaldır. 20-ci əsrin axırında aparıcı ekspertlər yaşlı insanlar üçün yeni təlimat hazırladılar ki, burada da ənənəvi “hərəkət – fiziki formada olmaqdır” modelini daha geniş “ fiziki aktivlik- sağlamlıqdır” modeli ilə əvəz etdilər. Onlar bu məqsədi məsləhət görürlər-hər bir yaşlı adam gün ərzində 30 dıqiqə mötədil fiziki fəaliyyətlə məşğul olmalıdır. Ekspertlərin məsləhətlərində belə bir vacib məqam yenidir ki- bu 30 dəqiqəlik mötədil fiziki aktivliyi gün ərzində bir neçə dəfəyə yığmaq olar.

Üç əsas komponent.

Əgər vaxt, imkan, həvəs daha intensiv fiziki fəaliyyətlə məşğul olmağa inkan verirsə onda mütəxəssislər öz şəxsi məşq proqramınıza üç kateqoriya məşqləri daxil etməyi məsləhət görürlər: aerob (dözümlülük məşqləri), gərilmə (çeviklik) və güc hərəkətləri. Əgər yalnız bir komponentlə məşğul olunarsa, digər hissələrin orqanizmdə möhkəmliyi aşağı düşəcəkdir. Məsələn, əgər güc hərəkətləri olunmazsa 60-70 yaşda gövdənin və ciyin nahiyəsinin əzələlərinin gücü kəskin azalacaqdır. Öz fiziki gücünü və çevikliyini saxlayan insanlar gündəlik işlərini daha yaxşı yerinə yetirmək qabilliyətinə malik olur, onların bellərində demək olar ki ağrı olmur, onlar qocaliqda da öz fiziki formalarını itirmirlər.
Fiziki hərəkətlərə başlayarkən, bir necə ümumi qaydaları bilmək lazımdır:
-əldən düşənə kimi məşq etmək olmaz (yeni başlayanlar üçün);
-məşq proqramı xoşa gələn olmalı, həvəslə yerinə yetirilməlidir; hec vaxt məcburən məşq etməyin;
-səhər yeməyindən 2 saat, nahardan isə 4 saat kecməmiş məşq etməyinə dəyməz;
-yuxudan qabaq intensiv məşq etməməli, məşqlər yuxudan 2 saat qabaq olmalıdır;
-məşqdən yalnız 30-40 dəqiqə sonra yemək və içmək olar (az miqdarda su maye itkisinin yerini doldurmaq ücün məşq vaxtı olar).
Şəkərli diabetdə fiziki fəaliyyət kompleks müalicə tədbirlərinə daxildir. O qanda şəkərin səviyyəsinin enməsinə (hərəkətlərdən qabaq və sonra özünə nəzarət mütləqdir), xolesterində daxil olmaqla lipidlərin qanda aşağı düşməsinə kömək edir, qan təzyiqini azaldır, qan dövranını və ürəyin ışini yaxşılaşdırır.
Əgər siz fiziki hərəkətlər ilə məşğul olmaq qərarına gəlmisinizsə mütləq müalicə həkiminizlə məsləhətləşməlisiniz. Məsələ bundadır ki, fiziki fəaliyyətin miqdarı diabetdə bir neçə faktordan: xəstənin yaşından, diabetin müddətindən, gedişindən, ağırlığından asılıdır. Fiziki fəaliyyətin miqdarı əhəmiyyətli dərəcədə ürək- damar sisteminin vəziyyəti ilə müəyyən edilir, belə ki, yaş artdıqca bu sistemin, xüsusilə də diabetli xəstələrdə funksiyasının pozulma riski artır. Fiziki fəaliyyətinin uzunluğu və tezliyi ümumiyyətlə insanın yaxşı təlim görməsindən də asılıdır; məşqləri həftədə 3 dəfə olmaqla 10-15 dəqiqədən başlamalı və onu tədricən həftədə 4-6 dəfə olmaqla müddətini 30 dəqiqəyə çatdırtmaq lazımdır. Ahıl və qoca insanlar üçün fiziki fəaliyyətinin ən yaxşısı həftədə 3 dəfə 15-30 dəqiqəlik piyada gəzinti, həmçinin elə hərəkətlər kompleksidir ki, bu zaman nəbz dəqiqədə 100-110 təşkil etməlidir.1-ci tip şəkərli diabet xəstələrində, yaşlarının cavan olmaları ilə əlaqədar fiziki fəaliyyət öz həcminə və intensivliyinə görə yaşlı pasientlərdəkindən çox olmalıdır. Bu müalicənin vacib tərkib hissəsi olub, şəkərli diabetin gecikmiş ağırlaşmalarının qarşısını almağa və ya ləngitməyə imkan verir.

Məqsəd və variantlar, oların həlli

Ən yaxşı nəticələrə müntəzəm, sistematik məşqlərdən və fiziki gərginliyin tədricən, mötədil artımında nail olmaq olar. ÜST ekspertlərinin axırıncı tədqiqatlara əsəslanan məşqlər planı (fiziki hərəkətlər pramidası) məsləhət görülür:
Piramidanin əsası- ürək və damarların məşqi üçün gündəlik təmrinlərdir(gündə 30 dəqiqəyə yaxın); cəkini normada saxlamaq və aşagı salmaq üçün gün ərzində 1 saat piyada gəzmək tələb oluna bilər(bu da həftədə 2800 kkal sərfinə bərabərdir).
Piramidanin orta hssəsi- gündəlik dartılmalardır(rastyajka); xəstəlik riskini azaltmır, lakin travmalardan qaçmağa və formada qalmağa kömək edir; hər bir əzələni 10-30 saniyə dartın, gərginləşdirin, bütün kompleks hərəkətlər 5- 10 dəq. vaxt tələb edir.
Piramidanın zirvəsi- güc hərəkətləridir; hər bir əzələ qruppasi üçün müəyyən hərəkəti 8-12 dəfə etməklə məşq kompleksi vardir ki, bunu da həftədə 2 dəfə etməklə əzələ sistemi və sümüklər möhkəmlənir, maddələr mübadiləsi yaxşılaşır.
Yenidən sizə xatirladırıq ki, öz fiziki aktivlik planınızı müalicə həkiminizlə müzakirə edəsiniz. Tibbi tədqiqatlar göstərir ki, həftədə 3 dəfə 30-40 dəqiqəlik fiziki fəaliyyət 4 aydan sonra hipertoniklərdə təzyiqin normallaşmasına kömək edir. Eyni vaxtda həddindən çox fiziki gərqinlik və məşqlər hipertoniya törədə bilər. Xüsusiilə də güc və əzələnin inkişaf məşqlərindən sui istifadə nəticəsində yarana bilər. Məşqlər üçün təmiz havalı məkan seçmək lazımdır. Bu avtomaqistraldan uzaq meşə-park zonaları, stadion olsa daha yaxşıdır. Əgər siz soyuqlamısınızsa, hərarətiniz azda olsa qalxıbsa, xroniki xəstəliyiniz kəskinləşibsə fiziki məşqləri dərhal dayandırın. Beləliklə düzgün seçilmiş fiziki fəaliyyət sağlamlaşdırırcı və müalicəvi təsirə malikdir, o adekvat, müntəzəm, dozalaşmiş və individual seçilmiş olmalıdır.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycan tibb sahəsində yeni beynəlxalq sənədə qoşulur
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info