Polşalılardan “Bakı 2015”-ə dəstək
Tarix: 27.05.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Mikolay Kovalczyk: “Avropa Oyunları bu ilin böyük idman yarışlarından biri olacaq”

Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. Artıq Oyunlara dəstək məqsədilə bir sıra tədbirlərin, çağırışların şahidi olmuşuq. Polşalılar da Bakıda baş tutacaq bu mühüm idman yarışı haqqında fikirlər səsləndirib və əllərində “Bakı 2015” yazısı tutaraq Avropa Oyunlarına dəstək göstəriblər. DAK Polşa nümayəndəliyinin rəhbəri Nail Əhmədin təşəbbüsü ilə reallaşan bu dəstək kampaniyasına polşalı Mikolay Kovalczyk da qoşulub. Onun sözlərinə görə, Azərbaycan haqqında kifayət qədər məlumatlıdır və ölkəmiz bu Oyunları yüksək səviyyədə təşkil edəcək: “Bu günlərdə Varşavada, Olimpiya piknikində “Bakı 2015” birinci Avropa Oyunlarının təqdimatı da keçirildi. Bu, Polşanın paytaxtında artıq 17-ci dəfə keçirilən Olimpiya pikniki idi. Burada da təbii ki, əsas mövzu birinci Avropa Oyunları oldu. Tədbir Visla çayının sahilində onlarca hektar ərazidə yerləşən Kempa Pototska parkında keçirildi. Burada adətən xalq gəzintiləri və velosipedçilərin yarışları təşkil olunur. Yəni, parkda quraşdırılmış böyük monitorda “Bakı 2015” haqqında film fasiləsiz nümayiş etdirildi ki, buradan da ölkəniz haqqında kifayət qədər insanlar məlumatlı oldular. Bir çox yerlərdə quraşdırılmış stendlərdə Bakının görüntüləri və birinci Avropa Oyunlarına hazırlıqla əlaqədar hadisələr əks olunmuşdu. Nə deyə bilərəm? Bakı öz möhtəşəmliyi ilə onsuz da hər birimizi təəccübləndirir. Oyunlar zamanı da paytaxtınızın daha gözəl olacağına şübhə etmirəm”.
Mikolay Kovalczyk deyir ki, iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları haqqında ətraflı məlumatlıdır: “Onu da bilirəm ki, bizim ölkə, yəni Polşa Olimpiya Komitəsi idarə heyətinin qərarı ilə Avropa Oyunlarında Polşanın 214 idmançısı iştirak edəcək. Ümumiyyətlə, Polşanın nümayəndə heyəti 334 nəfərdən ibarət olacaq. Polyak idmançılar badminton, boks, gimnastika, akrobatika, cüdo, kanoyedə avarçəkmə, karate, velosiped idmanı, kamandan oxatma, voleybol (üstüörtülü meydanda və çimərlikdə), üzgüçülük, sinxron üzgüçülük, suyatullanma, sambo, qılıncoynatma, taekvondo, stolüstü tennis, triatlon və güləş kimi idman növləri üzrə yarışlarda iştirak edəcəklər. Bu da təbii ki, məni sevindirir. Geniş heyətlə qatılacağımız bu Oyunlarda gərgin mübarizənin, rəqabətin olacağını deyə bilərəm. Qısası, Bakıda keçiriləcək birinci Avropa Oyunları bu ilin böyük idman yarışlarından biri olacaq. Yuxarıda qeyd etdiyim tədbirdə - “Bakı 2015” birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində Olimpiya piknikinin iştirakçılarına “Bakı 2015” loqotipli nişanlar, bu yarışlar haqqında, habelə ölkəmizin mədəniyyəti və tarixi barədə bukletlər paylandı, gəzintinin iştirakçılarını milli şirniyyata, müxtəlif sərinləşdirici içkilərə, çaya qonaq etdilər. Polşalılar hələ sizin şirniyyatları bu şəkildə çox bəyəndilər, ölkənizə gələndə, burada mətbəxinizlə yaxından tanış olmaq da çox bəyəniləcək. Həmin Kempa Pototska parkında Azərbaycan xalq musiqisi də səsləndirilirdi. Deyə bilərəm ki, sizin zəngin mədəniyyətiniz də var. Musiqinizə valeh olmamaq olmur. Yəqin ki, açılış mərasimində təşkilatçılar bu məqamı da önə çəkəcəklər. Azərbaycanla Polşa arasında olan münasibətlərin də yüksək səviyyədə olduğunu deyə bilərəm. Ümumiyyətlə, ictimai-siyasi prosesləri bir qədər yaxından izləyən istənilən polşalı Azərbaycanın ölkəmiz üçün nə dərəcədə yaxın dost, vacib olduğunu sezə bilər. Bu mənada düşünürəm ki, polşalılar Bakıda özlərini öz vətənlərindəki kimi hiss edəcəklər. Nəinki polşalılar, ümumiyyətlə, bütün qonaqları Azərbaycanda xoş münasibət gözləyir. Buna əminəm. Çünki azərbaycanlıların tolerantlığı haqqında da məlumatlıyam. Bakı, uğurlar deyirəm və əlimdə tutduğum bu loqonun yaxın günlərdə paytaxtınızın bütün küçələrini bəzəyəcəyinə əminəm”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info