Xərçəngdən qoruyan ən dadlı tərəvəz
Tarix: 27.05.2015 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Pomidor ən dadlı tərəvəzlərdən biridir. Pomidorun vətəni Amerikadır. Maraqlıdır ki, əvvəllər pomidor dekorativ bitki kimi becərilirdi. Pomidorun gülləri varlı insanların bağlarını bəzəyirdi. Pomidor qidada istifadə olunmurdu. Bu tərəvəz çox zəhərli sayılırdı. Bir rəvayətə görə, orta əsrlərdə bir kralın aşbazı kralı öldürmək məqsədi ilə onun yeməyinə kiçik miqdarda pomidor əlavə edib. Kral yeməyi yeyib və təbii ki, sağ qalıb. Aşbaz isə qorxu və həyəcandan xəstələnib və ölüb. “Milli.Az” bildirir ki, təxminən 18-ci əsrdən başlayaraq pomidor Avropada qidada istifadə olunmağa başlandı. Pomidor bir çox faydalı maddələrlə zəngindir. Tərkibində orqanik turşular, A, B2, B6, niasin, nadir K vitamini, yod, maqnezium, dəmir, kalium, kalsium, manqan, sink kimi minerallar var. Pomidorun tərkibində çox güclü antioksidant likopin var ki, bu maddə xərçəng əleyhinə təsirə malikdir. Araşdırmalar nəticəsində sübut olunub ki, pomidorların daim qəbulu kişilərdə prostat xərçənginin riskini azaldır. Bundan əlavə pomidor digər növ xərçəng xəstəliklərinin (mədəaltı vəzi, süd vəziləri, ağ ciyər xərçəngi) profilaktikası sayılır. Belə hesab olunur ki, pomidorun tərkibində olan maddələr hətta əmələ gəlmiş xərçəng hüceyrələrini məhv edir. Sübut olunub ki, likopin çiy pomidorlardan deyil, bişmiş, pörtlənmiş pomidordan daha yaxşı mənimsənilir. Çiy vəziyyətdə pomidor bitki yağı ilə qəbul olunmalıdır. Bu səbəbdən yay salatları hazırladıqda onlara mütləq bitki yağı əlavə edin. Kaliumla zəngin olan pomidor ürək-damar xəstəlikləri zamanı çox xeyirlidir. B qrupu vitaminlərlə zəngin olan pomidor sinir sisteminin vəziyyətinə yaxşı təsir edir.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Xəstəliklərin 25 faizinin səbəbi qeyri-sağlam ətraf mühitdir
20.10.2019
Qurdları tökən salat resept
19.10.2019
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev
18.10.2019
DST: Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub
17.10.2019
Mərkəzi Gömrük Hospitalında növbəti unikal əməliyyat icra olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info