Diş məcununu necə seçməli?
Tarix: 28.01.2013 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Sağlamlığımızın qeydinə qalarkən dişlərimizin də sağlamlığına xüsusi fikir verməliyik. Dişlərin sağlamlığı isə ona qulluqdan birbaşa asılıdır. Bu məsələdə isə diş məcunlarının rolu danılmazdır. Diş məcunlarının tərkibində alüminium laktatı, ftoridlər, mikrob əleyhinə aktiv olan birləşmələr, yarımmineral komplekslər, dərman otlarının ekstraktları, fermentlər, vərəmum və s. maddələr var. İstehsalında ətirverici kimi efir yağlarının komponentləri olan mentol, timol, korvakrol, limonen, skvalen və sairdən istifadə edilir. Diş məcunları krem, gel və ya maye məcun formasında buraxılır.
Diş məcunları dişləri və diş ətini qoruyur, tərkibində olan təmizləyici maddələr ağız boşluğunu effektiv şəkildə təmizləyir və təravətləndirir, diş minası həssaslılığını azaldır, diş ərpinin qarşısını alır. Bundan əlavə diş ətini möhkəmləndirir və antibakterial təsir göstərərək diş əti iltihablaşmasının, qanamalarının və diş çürümələrinin qarşısını alır.
Diş məcunu təsirli xassəyə malik olmalı, qida qalıqlarını və yüngül diş ləkələrini yaxşı təmizləməli, tamı xoş olmalıdır. Keyfiyyətli diş məcununun kreməbənzər xüsusiyyətləri olmalı, dişi təmizləyərkən yaxşı köpüklənməli, uzun müddət saxlanarkən qurumamalıdır.
Müasir diş məcunları nəinki təsirli və təmizləyici effektə, eyni zamanda xüsusi tərkibli əlavələrin köməkliyi ilə müalicəvi-profilaktik təsirə də malikdirlər. Ona görə də diş məcununun seçilməsi vacib məsələlərdən biridir. İstehlakçı olaraq hər kəs bilməlidir ki, diş məcunları əsasən gigiyenik və müalicəvi-profilaktik qruplara bölünür. Gigiyenik diş məcunları yalnız təmizləyici və yeniləyici təsirə malik olur, xüsusi və müalicəvi əlavə tərkibləri yoxdur. Bu qrup diş məcunlarının tərkibi əsasən kimyəvi qarışıqlı təbaşir, qliserin, parfümeriya yağı, su və konservantdan ibarət olur.
Müalicəvi-profilaktik məcunlara isə ftor tərkibli məcunlar aiddir. Öz növbəsində bu diş məcunlarını sodalı, kariyesə qarşı, uşaq, ağardıcı, soyuqdəyməyə qarşı, həssas dişlərə qarşı, universal və ya çox funksiyalı növlərə bölmək olar.
Diş məcunu 100 qramlıq tublarda buraxılır. Həmin tublar da əsasən balaca qutulara yerləşdirilərək ticarət şəbəkələrinə göndərilir. Onları üstü bağlı bütün nəqliyyat vasitələrində daşımaq mümkündür.
Bu məhsullar qablaşdırıldıqdan sonra mütləq markalanmalıdır. Markalanarkən diş məcununun üzərində məhsulun adı və təyinatı, istehsalçının və istehlakçıdan şikayət qəbul edəcək təşkilatın adı və ünvanı, əmtəə nişanı, xalis çəkisi, həcmi, tərkibi, ftoridin kütlə həcmi, saxlama şəraiti və müddəti, istehsal tarixi, sertifikatlaşma haqqında məlumat, effektiv istifadə və ehtiyat tədbirləri və s. haqda məlumat olmalıdır.
Ticarət şəbəkəsində və evdə diş məcunlarını 0ºC-dən aşağı və 25ºC-dən yuxarı olmayan temperaturda, qapalı yerlərdə saxlamaq məsləhətdir. Günəş şüaları altında və qızdırıcı avadanlıqların yaxınlığında saxlanması yolverilməzdir. İstifadə müddətləri istehsal tarixindən etibarən orta hesabla 3 ildir.
Diş məcunu seçərkən xarici görünüşü ilə yanaşı onun tərkibinə diqqət etmək vacibdir. Bu haqda məlumat isə qeyd edildiyi kimi onun markalanmasında əks olunur. Eyni zamanda bu məmulatları alarkən düzgün seçim etmək üçün onların hansı xüsusiyyətlərə malik olduğunu bilmək vacibdir. Bu məcunların hardan alınması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, onları əsasən bu növ məhsulları saxlamaq üçün müvafiq şəraiti olan yerlərdən, xüsusilə apteklərdən almaq məsləhətdir. Bir çox hallarda məcunun adının yanındakı işarəyə diqqət etmək kifayətdir. Bu işarələrlə diş məcununun hansı tərkibə malik olması, həssas dişlər, müxtəlif xəstəliklər və gündəlik istifadə üçün dərman otları əsasında hazırlandığı göstərilir. Gündəlik istifadə olunan məcunlar güclü antibakterial tərkibə malik olmamalıdır.

Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info