“Qərəzli qara piar kampaniyaları iflasa uğrayır”
Tarix: 04.06.2015 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


“Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların apardığı qərəzli qara piar kampaniyaları iflasa uğrayır. Azərbaycanda sözügedən oyunlara yüksək hazırlıq səviyyəsi və bu təşəbbüsün yalnız geosiyasi, mədəni deyil, eyni zamanda strateji iqtisadi təsirləri bir daha təsdiq edir ki, ölkəmiz qlobal baxımdan möhtəşəm tarixi hadisəni reallaşdırır”.
Bu fikirləri əməkdaşımızla söhbətdə iqtisadçı alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələcək rəsmi şəxslər, jurnalistlər və turistlərin Bakıda artan sayı, eləcə də bu oyunların tanıdılması ilə bağlı dövlətimiz tərəfindən aparılan tanıtım kampaniyaları birinci Avropa Oyunlarının sadəcə Azərbaycan deyil, eləcə də qitə üçün əhəmiyyətini göstərir: “Oyunların dünyanın aparıcı mətbu orqanları tərəfindən yayımlanması ilə bağlı əldə edilən çoxsaylı razılaşmalar isə bir daha ölkəmizə qarşı qərəzli piar kampaniyası aparan beynəlxalq təşkilatların bütün cəhdlərinin iflasa uğradığını göstərdi”.
Vüqar Bayramov deyib ki, qərəzli qara piar kampaniyalarında guya bu layihənin ölkəmiz üçün iqtisadi baxımdan əlverişli olmadığı bildirilsə də, aparılan eknometrik qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqramdır: “Bu təşəbbüs idman yarışları olaraq yalnız geosiyası deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman təəssüf ki, bəzi hallarda sadəcə xərclər cari gəlirlərlə müqayisə edilir. I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatının bu layihədən uzun müddət faydalanmasına imkan verəcək.
Tanınmış iqtisadçı alim əlavə edib ki, qərəzli qara piar kampaniyalarına baxmayaraq ölkə, vətəndaşlarımız üçün əhəmiyyətli olan belə digər möhtəşəm tədbirlər gələcəkdə də Azərbaycanda uğurla təşkil ediləcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.05.2020
“Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
19.05.2020
“Krasnoyarskda Azərbaycan gənclərinin birləşməsinə şərait yaradırıq”
16.05.2020
Rusiyadan pul köçürmələrinin azalması Ermənistanı zəlil günə qoymaqdadır
14.05.2020
Koronavuris Paşinyanı “xilas” edir: fövqəladə vəziyyət rejimi bir ay uzadıldı
12.05.2020
“Ermənistan sosial partlayış səviyyəsinə çatıb”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info