İngiltərə saytında “Bakı-2015”lə bağlı iki videoçarx yerləşdirilib
Tarix: 05.06.2015 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Diaspor Jurnalistləri Birliyi İlk Avropa Oyunlarının xarici KİV-lərdə təbliğini davam etdirir. DJB təmsilçiləri Fuad Hüseynzdə və Rəşad Bədirlinin həmmüəllifliyi ilə İngiltərənin “cyprusscene.com” saytında “Azərbaycanda ilk Avropa Oyunlarının sevinci ” başlıqlı yazı verilib. Saytda həmçinin “Bakı-2015”lə bağlı iki videoçarx yerləşdirilib. Məqalədə vurğulanır ki, Böyük Britaniyanın 153 idmançısı 13 fərqli idman növündə “Bakı-2015” Avropa Oyunlarında mübarizə aparacaqlar.
Yazıda I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin böyük nailiyyət olduğu bildirilir: “Bu qərara imza atanlar yanılmayıblar. Çünki sürətlə gedən iqtisadi inkişaf, həyatın bütün sahələri ilə yanaşı, idman sahəsində də güclü maddi-texniki bazanın yaradılmasına, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda Azərbaycan idmançıları üçün güclü stimulun yaranmasına səbəb olub”.
Məqalədə ilk Avropa Oyunlarına hazırlıq işlərindən danışılır, Oyunlarının keçiriləcəyi idman qurğularının dünya standartlarına cavab verdiyi qeyd olunur: “İlk Avropa Oyunları üçün Bakıda Qafqazda 65 000 tutumlu ən böyük Olimpiya stadionu tikilib. Azərbaycan özünə güvənir və bu idman yarışına dostluq, birlik tədbiri kimi yanaşır. Məhz buna görədir ki, Azərbaycan ev sahibi olaraq I Avropa Oyunlarına qatılacaq hər bir idmançının maliyyə xərclərini öz üzərinə götürüb”.
Yazıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Almaniyanın Kann şəhərində "Bakı-Avropa Oyunları - 2015"in təntənəli təqdimatı zamanı çıxışından sitat verilib: “Bu vaxta qədər Avropa oyunları heç zaman keçirilməyib və belə oyunları tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.
Yazıda Azərbaycanın bütün bölgələrində, ən çox da paytaxtda və onun rayonlarında I Avropa Oyunlarının həyəcan və coşqunun artdığı bildirilir. Həmçinin yazıda bu istiqamətdə ilk olaraq Bakının Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinin keçirildiyi qeyd olunur: “Layihənin həyata keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı sərəncam imzalayıb. Artıq layihə çərçivəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilib. Əhali arasında maariflənmə aksiyaları, müsabiqələr təşkil olunub, yeni parklar açılıb, sosial çarxlar hazırlanıb. Maraqlıdır ki, hər bir rayon sakini bu ictimai faydalı işə öz töhfəsini verməyə çalışır”.
Yazıda aprelin 26-da Prezident İlham Əliyevin Atəşgahda "Bakı-2015" ilk Avropa Oyunları məşəlini alovlandırması mərasimi haqqında da məlumat verilir.
Yazını aşağıdakı linkdən izləmək olar:
cyprusscene.com/2015/04/29/the-delight-of-the-1st-european-games-in-azerbaijan/
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info