İqtisadi maraq olanda edam cəzası məsələsi Qərbin “yadından çıxır“
Tarix: 05.06.2015 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Niyə Qərb siyasətçiləri özlərinə sərf edəndə demokratiya və insan haqları kimi dəyərləri görməzdən gəlirlər?

Misirin hazırkı ölkə başçısı Abdel Fattah əl-Sisi Almaniya dövlət kansleri Angela Merkelin dəvəti ilə Almaniyaya rəsmi səfərə gedib. Orada Almaniya kansleri Merkellə və Almaniya rəsmiləri il keçirilən görüşlərdə bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb, razılıqlar əldə olunub. O cümlədən, Almaniya şirkəti olan “Siemens”in Misirdə 8 milyard dollarlıq layihələr həyata keçirəcəyi ilə bağlı razılaşma olub və bununla bağlı müqavilə imzalanıb. Beləliklə, təkcə “Siemens” Misirdə 8 milyard dollarlıq layihələr həyata keçirəcək. Bu isə Almaniyanın Misirdə ciddi iqtisadi dividendlər qazandığından xəbər verir.
Bu məsələ ilə bağlı bir məqamı əlavə etməyi lazım bilirik. Belə ki, Qərbin özünün də elan etdiyi normalara görə, Abdel Fattah əl-Sisi əslində legitim prezident sayılmır. Çünki o, hakimiyyəti dövlət çevrilişi yolu ilə ələ keçirib. Bu şəxs, Misirin seçki yolu ilə seçilmiş qanuni prezidenti Məhəmməd Mursini devirərək onun yerinə keçib. Doğrudur, devrilişdən sonra cəmiyyətə təzyiq altında “seçki” keçirərək, nəticədə prezident kimi meydana çıxıb. Əslində isə onun hakimiyyəti bu cür ələ keçirməsi Qərbin elan etdiyi demokratik normalara, insan hüquq və azadlıqlarına daban-dabana ziddir. Üstə gəl, əl-Sisi hakimiyyəti ələ keçirəndən sonra yüzlərlə adama ölüm hökmü verib. Ölüm hökmü verilənlər arasında Misirin qanuni yolla seçilmiş və zorakı yolla devrilmiş prezidenti Məhəmməd Mursi də var. Başqa vaxt Qərb dövlətləri və siyasətçiləri müxtəlif dövlətlərə qarşı barışmaz mövqe sərgiləyir və “insan haqları”, “demokratiya” amillərndən yararlanmağa çalışırlar. Buyurun, bu da Misirdə devriliş yolu ilə hakimiyyətə gəlmiş və zorakılıqlar törədən prezident əl-Sisi. Bəs niyə Almaniya kimi dövlətlər və Angela Merkel kimi Qərb siyasətçiləri demokratiya və insan haqları kimi dəyərləri görməzdən gəlirlər? Niyə onlar bu dəyərlərə zidd saydıqları yollarla hakimiyyəti ələ keçirmiş əl-Sisi kimi dövlət başçıları ilə can-başla görüşlər keçirir, müqavilələr imzalayırlar? Nəyə görə özlərinə sərf edəndə, “insan haqları”, “demokratiya”, “zorakılıqlar” məsələlərini qaldırırlar, etməyəndə isə hər şeyi “unudurlar”? Buradan görünür ki, həmin Qərb dövlətləri və siyasətçiləri üçün sırf öz maraqları, iqtisadi mənfəətləri hər şeydir. Bunun üçün onlar istənilən an elan, iddia və təlqin etdikləri dəyərləri tapdalamağa hazırdırlar...
Necə ki, biz bunu Angela Merkel və Almaniyanın timsalında görürük...
Qorqud




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
ABŞ HHQ-nin iki pilotu qəza nəticəsində ölüb
22.11.2019
Dünyada azadlıqdan məhrum edilən uşaqların sayı açıqlanıb
22.11.2019
İranın bəzi bölgələrində intirnetin bərpa olunduğu bildirilir
22.11.2019
Suriyanın Hələb şəhəri atəşə tutulub: 5 nəfər ölüb
21.11.2019
Angela Merkel Türkiyəyə əlavə maliyyə yardıma hazır olduğunu bildirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info