ƏƏSMN və TN arasında elektron məlumat mübadiləsinə başlanılıb
Tarix: 05.06.2015 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlərin müraciətləri əsasında onların bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi prosesi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə Təhsil Nazirliyinin (TN) informasiya sistemi arasında məlumat mübadiləsinə başlanılıb.
Belə ki, iş yerini başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər TN-in rəsmi saytındakı “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olaraq elektron ərizə ilə müraciət edirlər. Bu zaman müraciət edən şəxsin TN-nin hər hansı qurumunda işləyib-işləmədiyinin müəyyən olunması ƏƏSMN-nin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə edilən sorğu ilə müəyyən edilir. Sorğuya cavabda şəxsin TN-nin hər hansı qurumunda işləməsi təsdiqini tapdığı halda sistem tərəfindən onun müraciət ərizəsi qəbul olunur. Əks halda, TN-nin elektron xidməti tərəfindən elektron müraciətin qəbul olunmasına sistem tərəfindən icazə verilmir.
Xatırladaq ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu barədə ƏƏSMN-nin elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin sistemdə qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minir. Ötən il iyulun əvvəlindən istifadəyə verilən bu sistem hazırda ölkənin əmək bazarı haqqında zəngin informasiya bazasına malik olmaqla, əmək müqaviləsi əsasında işləyən bütün işçilər barədə məlumatları özündə əhatə edir.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
Sorgu: Respondentlərin 87,6 faizi Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir
20.11.2019
Mehriban Əliyeva Dmitri Medvedevlə Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə edəcək
20.11.2019
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verildi
20.11.2019
Sabah da yağış yağacaq
20.11.2019
Şahin Məmmədov Masallıya icra başçısı təyin edildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info