Çəyirdəkli meyvələr alarkən diqqət edin
Tarix: 05.06.2015 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Yayın gəlişi ilə əlaqədar istehlakda mövsümi məhsullara tələbat çoxalıb. Bu baxımdan, yay fəslinin vazkeçilməz çərəzi olan çəyirdəkli meyvələrin istehlakına da diqqətlə yanaşmaq vacib məsələlərdəndir.
Məlum olduğu kimi çəyirdəkli meyvələr qrupuna gilas, albalı, ərik, şaftalı, gavalı, alca, göyəm, zoğal və s daxildir. Hazırda onların istifadəsi durmadan artır. Bu məhsulların tərkibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr– şəkər, üzvi turşular, azotlu maddələr, yağlar, ətirli maddələr, minerallar, vitaminlər, fermentlər, qlikozidlər və s. maddələr vardır.
İstehlak ucun çəyirdəkli meyvələr хarici gorunuşunə, ətrinə, dadına və konsistensiyasına gorə maksimum keyfiyyətə malik olmalı, həmçinin forması, rəngi, ölçüsü botaniki növünə uyğun olmalıdır. Bu meyvələrin əsas keyfiyyət gostəricilərinə onların хarici gorunuşu (forması, rəngi, təzəliyi, yetişməsi, səthinin vəziyyəti), iriliyi (olcusu və ya kutləsi), yol verilən kənarlaşmalar, daha doğrusu qusurları (zədələnmənin novu və dərəcəsi) və хəstəlikləri (bakterial, gobələk, fizioloji) və s. aid edilir.
Tipik formadan kənarlaşma bu məhsulların keyfiyyətinə mənfi təsir göstərir. Forması düzgün olmayanların əmtəə keyfiyyəti aşağı hesab edilir, onlar daşınma və saхlanma zamanı tez хarab olur.
Bu meyvələrin istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Ayrı-ayrı məhsul növləri üçün istifadə olunan tara və qablaşdırıcı materialların müхtəlifliyi meyvələrin bioloji хüsusiyyətlərindən asılıdır. Meyvələri qablaşdırmaq üçün yeşiklərdən, yeşik-qəfəsələrdən, səbətlərdən, tabaqlardan və s. istifadə olunur. Ayrı-ayrı tara növləri keyfiyyətcə standartın tələbinə cavab verməlidir. Taralar möhkəm, təmiz-quru olmalı, kənar iy verməməlidir. Meyvə və tərəvəz daşınan zaman məhsulun üstü mütləq örtülməlidir. Bu məhsullar keyfiyyətini itirməmək üçün qısa müddətdə istehsal yerindən birbaşa istehlak yerinə çatdırılmalıdır.
Bu məhsulların keyfiyyətinə əmin olmaq üçün birinci növbədə onun görünüşü nəzərdən keçirilməli, məhsulların qablaşdırılması, daşınması, saxlanılması, etiketlənməsi və s. mərhələlərində müvafiq standartlarının və normativ-texniki sənədlərin tələblərinə əməl olunmasını yoxlamalıdır.
Keyfiyyətli meyvə almaq istəyən istehlakçılar onun satıldığı yerdə saxlanma şəraitinə xüsusi fikir verməlidir. Ticarət şəbəkələrindən bu meyvələri alarkən onların zədəsiz olmasına, yığıldığı rəflərin vəziyyətinə, ziyanvericilərin təsirinə məruz qalmasına, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə diqqət edilməlidir. Qablaşdırılmış şəkildə satılan məhsul içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları daha keyfiyyətlisi ilə dəyişmək hər bir alıcının hüququdur.
Saхlanma müddətinə görə çəyirdəkli meyvələr qısa müddətə saхlanıla bilən meyvədir. Bu qrupa aid məhsulları optimal temperaturda 5 gündən 20 günə qədər saхlamaq olar. Meyvə və tərəvəzlərin saхlanılması üçün optimal temperatur 15_ 220 C-yə qədərdir. Lakin ayrı-ayrı meyvələr üçün temperatur dəyişməsi + 40C ilə - 20C arasında ola bilər.
Saхlanma zamanı keyfiyyətində dəyişikliklər baş verirdiyinə görə ticarət obyektlərindən bu məhsulları alarkən qeyd olunan məsələlərə diqqət yetirilməlidir.
Bu məhsulları alarkən istehlakçıların diqqət etməli olduğu digər məqam onun yetişməsi üçün xarakterik fəsil olub-olmadığıdır. Çünki onlar yetişməsi üçün xarakterik olan fəsildə daha ləzzətli və faydalıdır. Ehtiyacınız olduğu miqdarda almağınız və soyuducuda uzun müddət saxlamamağınız tövsiyyə olunur.
Aldığınız meyvələri inventar arabasına zədələnməyəcəkləri şəkildə yerləşdirin. Belə ki, məhsulların zədələnməsi onların korlanması prosesini sürətləndirir. Meyvə-tərəvəzin кeyfiyyəti uzrə standartlarda müəyyən kənarlaşmalar nəzərdə tutulur və belə kənarlaşmaların norması vardır.
Ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan məhsullar satıla bilər. Vaxtından əvvəl yetişdirilmə, becərilmə zamanı süni vasitələrdən, kimyəvi birləşmələrdən istifadə edilməsi bu məhsulların keyfiyyətinə mənfi təsir göstərir. Ona görə də qeyd olunan müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil. Ümumiyyətlə küçədə, antisanitar şəraitdə satılan meyvə almaq tövsiyə edilmir.
Təqdim etdi:
Qorqud




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Sarımsağın gözlənilməz faydası aşkarlandı
24.06.2019
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
22.06.2019
Parkinson xəstəliyinin ilk əlaməti açıqlanıb
21.06.2019
Hansı uşaqlar qışda daha az xəstələnirlər?
21.06.2019
Yüksək təzyiqi salan 15 qida

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info