“Aykakan Jamanak”: “Ermənistanın dövlət borcu ÜDM-in 50 faizi həddindədir”
Tarix: 05.06.2015 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Beynəlxalq Valyuta Fondunun rəsmisi Teraza Daban Sançes:
“Ermənistan iqtisadi şokun ortasındadır, ölkəni qarşıda hələ böyük qeyri-müəyyənlik gözləyir”

“Epress” saytı Ermənistanın dövlət borcu ilə bağlı məlumat yayıb. Ermənistan Milli Statistika Xidmətinə istinad edən sat yazır ki, may ayının əvvəlinə olan məlumatlara görə, Ermənistanın bütün dövlət borcu 4 milyard 658 milyon 941 min dollar təşkil edibr.
Bu borcun 3 milyard 968 milyon 774 min dolları sırf xarici borcdur. Bu məsələni dəyərlənldirən “Aykakan Jamanak” nəşri yazır ki, Ermənistanın dövlət borcu cari ilin əvvəli ilə müqayisədə 217 milyon 417 min dollar, sırf xarici borc isə 183 milyon 566 min dollar artıb. İlin birinci rübündə Ermənistanın dövlət borcu ÜDM-in 52,8 faizini, xarici borc isə 44,9 faizini təşkil edib. “Aykakan Jamanak” yazır: “Burada bir məqamı nəzərə almaq lazımdır ki, Milli Statistika Xidməti ÜDM-i qəsdən şişirdir. Onların hesabından belə çıxır ki, guya bizdə 22 faizlik iqtisadi artım olub. Digər tərəfdən rəsmi hesablarda heç də bütün dövlət borcu nəzərə alınmayıb. Məsələn, hökumətin “Qazprom”a olan 300 milyon dollarlıq borcu rəsmi rəqəmlərdə əks olunmayıb. Hökumət buna görə “ArmRosQazprom”dakı 20 faizlik payından imtina etməli oldu. Bu rəqəmləri nəzərə alandan belə çıxır ki, Ermənistanın dövlət borcu çox təhlükəli həddə-ÜDM-in 50 faizi həddindədir. Bəlkə də, bu təhlükəli həddi də üstələyir”. Ermənistan iqtisadiyyatının ağır vəziyyətini Beynəlxalq Valyuta Fondunun rəsmisi də təsdiqləyib.

“Ermənistan iqtisadiyyatı dinamik deyil. Bu o deməkdir ki, Ermənistan iqtisadiyyatında azad rəqabət yoxdur. Bu mühitin yaradılması üçün ədalətli hüquq sisteminin olması vacib şərtdir. Bu sistem başqa ölkələrdə işlədiyi halda, Ermənistanda işləmir. Biz Ermənistanla bu sahədə çalışırıq, amma vəziyyət çox çətindir”

Fond rəsmisi Teraza Daban Sançes bildirib ki, Ermənistan iqtisadiyyatının azad rəqabətə, iqtisadi oyunçuların sayının artmasına, ədalətli oyun qaydalarına və ədalətli hüquq sisteminə ehtiyacı var: “Ermənistan iqtisadiyyatı dinamik deyil. Bu o deməkdir ki, Ermənistan iqtisadiyyatında azad rəqabət yoxdur. Bu mühitin yaradılması üçün ədalətli hüquq sisteminin olması vacib şərtdir. Bu sistem başqa ölkələrdə işlədiyi halda, Ermənistanda işləmir. Biz Ermənistanla bu sahədə çalışırıq, amma vəziyyət çox çətindir, təkcə qanunvericiliyi dəyişməklə nəyəsə nail olmaq mümkün deyil. Qanunları qəbul etməklə yanaşı, mentaliteti də dəyişmək lazımdır. Doğrudur, vəziyyət 10-12 il əvvələ baxanda bir qədər yaxşıdır, amma ümumi səviyyə çox aşağıdır”. Tereza Daban Sançes bildirib ki, onun ölkəsi İspaniyada iqtisadiyyatın sistem dəyişikliyi ancaq ölkənin demokratikləşməsindən sonra mümkün olub. Beynəlxalq Valyuta Fondunun rəsmisi Ermənistan baş nazir Ovik Abramyanın proqnozlarını da təkzib edib. Qeyd edək ki, Abramyan hökumətin 4,1 faizlik iqtisadi artıma nail olacağını bildirib. Amma BVF rəsmisi bu proqnozla razılaşmayıb: “Bizim fikrimizlə hökumətin proqnozu üst-üstə düşmür. Biz bu gün Rusiyada baş verənlərin Ermənistana necə təsir etməsini araşdırırıq. Biz görürük ki, Rusiyada vəziyyət pisləşən kimi, bu hal dərhal Ermənistan iqtisadiyyatına da təsir edir. Ona görə də biz 4,1 faizlik iqtisadi artım olacağına inanmırıq”. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu Ermənistanın 2015-ci ili iqtisadi enişlə başa vuracağını proqnozlaşdırıb. Xanım Tereza Ermənistan iqtisadiyyatının təhlükəli həddə olduğunu etiraf edib: “Ermənistan iqtisadi şokun ortasındadır, ölkəni qarşıda hələ böyük qeyri-müəyyənlik gözləyir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Putinlə görüşəcək
21.11.2019
Bakı və Təbriz şəhərləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq
21.11.2019
Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb
21.11.2019
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
21.11.2019
Bakıda internet xidmətinin göstərilməsində fasilələr yaranacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info