«G7»-nin alternativi Şanxay Əməkdaşlıq Təşkilatıdır
Tarix: 05.06.2015 | Saat: 22:47:00 | E-mail | Çapa göndər


Dünyanın yeddi aparıcı ölkələrinin liderləri növbəti dəfə Rusiya prezidenti olmadan bir araya gəlsələr də, bu, Moskvanı dünyadan təcrid etmək kimi başa düşülməməlidir. Əksinə, bütün bunlar Kremlin daha da müstəqil olmasına köiək edir.
Qərb dünyasına yaxınlıq suveren xarici siyasət yeritməyə çalışan müasir Rusiya üçün o qədər də mütləq dəyər deyil.
Bu fikirləri Almaniyanın « Die Zeit» nəşri "Böyük yeddilik" dövlətlərinin Rusiya liderinin iştirakı olmadan keçiriləcək sammiti müzakirə edərkən bildirib: «Bazar günü Rusiya prezidenti Kremldə qəmgin oturaraq Elmay qəsrində onsuz yığılan «C7»-yə üzv dövlət rəhbərlərini kədərlə xatırlayacaq. Amma bu fikir çətin ehtimal olunan məsələdir. Çünki Rusiya prezidentinin sadəcə olaraq Qərbli həmkarları ilə bir sırada dayanmaq istəyi artıq keçmişdə qaldı”
Qəzetin məlumatına görə, Qərb dünyası Sovetlər İttifaqının dağılmasından sonra Rusiyan itirdi. Rusiya ikiüzlülük və qətiyyətsizliyə qarşı nümayiş etdirdiyi fəaliyəyəti ilə həm Avropanı, həm də Amerika Birləşmiş Ştatlarını məyus etdi.
Bu gün Avropa liderləri bir-birinin ardınca Rusiyaya gedirlər. Söhbət burada təkcə Yunanıstanın yeni baş nazirindən getmir. Elə bu yaxınlarda Slovakiyanın baş naziri Robert Fitso da Rusiyanı ziyarət edib. Bir neçə gündən sonra Putin Romaya gələcək və EXPO-2015 beynəlxalq sərgisində Rusiya pavilyonunu ziyarət edəcək. Vatikanda Roma papası Françisk ilə təkbətək görüş keçirəcək: «Razılaşın ki, bu, Rusiya prezidentinə qarşı böyük etimaddır»

«Bu yaxınlarda Hindistan və Pakistanın, ardınca isə çox böyük ehtimalla İranın da qoşulacağı Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsindəki əlaqələr, Çin ilə intensiv əməkdaşlıq şəraitində, təbii ki, “G7” Rusiya üçün kiçik epizod kimi görünür».
« Die Zeit» nəşri mövcud vəziyyəti- Rusiyanın müstəqil siyasətini, aparıcı ölkələrin rəhbərləri ilə hər hansı bir kompromislərə getmək istiqamətində daha çox azadlıq əldə etməsini Kremlin xeyri hesab edir.
Bu arada haşiyə çıxaraq qeyd etmək yerinə düşər ki, Şanxay Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin imkanlarını nəzərə alan İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur bu təşkilatın «G7» üçün əsas rəqib ola biləcəyini bəyan edib.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı hökumətlərarası daimi beynəlxalq təşkilatdır.Bu təşkilatın yaradılması haqqında bəyannamə 2001-ci il 15 iyununda, Şanxayda dövlət başçılarının görüşündə imzalanıb. Bu günə qədər bu təşkilata üzv olan Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanla yanaşı, müşahidəçi statusuna malik Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan kimi ölkələr də var.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
NATO kosmosda operativ əməliyyatlara başlamaq qərarına gəlib
20.11.2019
Tehran ABŞ-a nota göndərdi
20.11.2019
Almaniyanın keçmiş prezidentinin oğlu öldürüldü
20.11.2019
İranda aksiyalar zamanı ölənlərin sayı 106-a çatdı
20.11.2019
UNİCEF: “Yəməndə 12 milyona yaxın uşaq təcili yardıma möhtacdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info