Messi ən yaxşı futbolçu seçilib
Tarix: 05.06.2015 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Xavi Ernandes: “Messi karyerasını bitirəndən sonra Neymar dünyanın ən yaxşısı olacaq”

Lionel Messi Çempionlar Liqası tarixinin ən yaxşı futbolçusu seçilib. “Master Card”ın azarkeşlər arasında apardığı sorğunun nəticəsinə görə, argentinalı ulduz yığdığı səs faizinə görə ən yaxın rəqibi Zinəddin Zidanı təxminən iki dəfə qabaqlayıb.
“Marka”nın məlumatına görə, Messi respondentlərin 27 faizinin səsini qazanıb, ikinci sırada yer alan Zinəddin Zidan 12, üçüncü Kristiano Ronaldo 11 faiz səs toplayıb. Sonrakı yerlərdə isə braziliyalı fenomen Ronaldo (7 faiz) və Devid Bekhem (4 faiz) qərarlaşıb. Maraqlıdı ki, Messiyə səs verən respondentlərin çoxu 55 yaşın üstündə olan azarkeşlərdir. “Barselona”nın kapitanı Xavi Ernandes isə komanda yoldaşı Neymar barədə maraqlı fikirlər səsləndirib. Çempionlar Liqasının final matçından sonra Kataloniya klubu ilə yollarını ayıracaq Xavi braziliyalının ünvanına tərif yağdırıb. O bildirib ki, Neymar dünyanın ən yaxşısı olmaq üçün hələ bir müddət gözləməlidir: “Neymar möhtəşəm və təvazökar insandır. Bu yaşda Braziliya millisinə liderlik edir. Paltardəyişmə otağında zarafatları ilə komanda yoldaşlarına müsbət enerji verir. Çox istedadlıdır. Nə vaxt Messi karyerasını bitirəcək, onda Neymar dünyanın ən yaxşı futbolçusu olacaq. Buna şübhəniz olmasın. O, komandamız üçün mühüm işlər görür. 21-22 yaşında “Barselona”da bunu etmək asan deyil. Mən Neymarın qızıl erasının gələcəyi günü səbirsizliklə gözləyirəm”. Qeyd edək ki, Neymar bu mövsüm “Barselona”nın heyətində 50 oyunda 38 qola imza atıb.





 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Mourinyo Poçettinodan 2 dəfə çox maaş alacaq
20.11.2019
UEFA səbətləri açıqladı
20.11.2019
“Xocalı“ klubu yaradıldı
20.11.2019
Mourinyo “Tottenhem“də
20.11.2019
“Tottenhem” baş məşqçisi Maurissio Paçetinonu istefaya göndərib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info