“Şərq Tərəfdaşlığı”nın bölünməsinə dair çağırışlar təşkilatı məhv edəcək”
Tarix: 05.06.2015 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


“Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçı dövlətlərini ayırmaq kimi çağırışlar təşəbbüsün ləğvinə gətirib çıxaracaq”.
Bu barədə “RİA Novosti”yə Belarusun xarici işlər naziri Vladimir Makey bildirib. Qeyd edək ki, “Şərq Tərəfdaşlığı”nın bu günlərdə Riqada keçirilmiş sammitindən sonra Kiyevin Aİ-dəki nümayəndəsi Konstantin Yeliseyev proqram üzvlərinin differensiasiyasının (ayırma, fərqləndirmə) zəruri olduğunu qeyd edib. O, Aİ ilə assosiasiya sazişini imzalamış Ukrayna, Moldova və Gürcüstanı Azərbaycan, Belarus və Ermənistandan ayırmaq lazım olduğunu qeyd edib. Makey qeyd edib ki, “Şərq Tərəfdaşlığı” lazımlı və faydalı təşəbbüsdür, lakin onun inkişaf strategiyası ciddi şəkildə nəzərdən keçirilməlidir. “Biz ona əsaslanmalıyıq ki, ölkələrin bu təşəbbüsdə iştirakı qarşıdurmanın dərinləşdirilməsinə yox, regionumuzun sabitliyinə və təhlükəsizliyinə fayda gətirməlidir. Kimsə öz iştirakını və fəaliyyətini digər əsaslar üzərində qurmaq istəyirsə, onda bu təşəbbüsün mövcudluğuna son qoymaq deməkdir”- deyə nazir bildirib.




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Ermənistan getdikcə daha çox absurd ölkəsinə çevrilir
11.11.2019
Rusiya bundan sonra da Dağlıq Qarabağ nizamlanması üzrə ən aktiv vasitəçilik fəaliyyətini davam etdirəcək
10.11.2019
“Suriyada mənim işim yoxdursa, Suriyanın bizim torpaqlarda nə işi var?“
10.11.2019
“Ərdoğanın şərhi doğrudur və İran bunu təqdir edir”
09.11.2019
“Həqiqi soyqırım ermənilər tərəfindən Xocalıda törədilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info