“TANAP-ın tikintisində heç bir gecikmə olmayacaq”
Tarix: 05.06.2015 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Saltuk Düzyol: “TANAP ilə “Türk axını”nın və hər hansı bir digər layihənin rəqabət aparmasından söhbət belə gedə bilməz”

“Trans-Anadolu qaz boru kəməri - TANAP vasitəsilə Azərbaycan qazının plan üzrə Türkiyəyə 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin yanvarında çatdırılması nəzərdə tutulur. Hazırda boru kəmərinin tikintisi qrafikə uyğun davam edir və layihə üzrə heç bir gecikmə olmayacaq”.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O bildirib ki, bu il martın 17-də Qars vilayətində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub: “Bundan sonra boru kəmərinin tikintisi aparılacaq ərazilər şirkətlərə verildi və iyun-iyul aylarında isə artıq inşaat işlərinə başlanılacaq. İlkin olaraq boru kəmərinin 56 düymlük hissəsi inşa ediləcək ki, onun da uzunluğu 1334 kilometr olacaq. Türkiyə ilə Gürcüstan sərhədində başlayacaq bu boru kəməri Əskişəhərə qədər davam edəcək və burada ilk qazı “BOTAŞ” şirkətinə verəcək. Həmçinin iki ədəd kompressor stansiyasının və ölçmə mərkəzlərinin inşası da aparılacaq”. O qeyd edib ki, TANAP-ın inşasının 10 milyard dollarlıq investisiya qoyuluşu ilə həyata keçirilməsi nəzərdə tutulur. Ancaq son imzalanan müqavilələrdən görünür ki, tikinti işləri bu rəqəmdən az məbləğə başa gələcək. “Layihə üzrə boru kəmərlərinin 80 faizi Türkiyədə istehsal edilir. İlk borular artıq tikinti sahələrinə gətirilib. İdxal olunan boru kəmərlərinin bir hissəsi isə İsgəndərun limanına çatdırılıb. Artıq ikinci gəmi də limana yanaşıb. Yaxın gələcəkdə tikinti işlərinə başlanılacaq. Hazırda layihə üzrə heç bir gecikmə yoxdur” - deyə TANAP-ın baş direktoru qeyd edib. Saltuk Düzyol bildirib ki, 16 milyard kubmetr qaz nəqli tutumuna malik Trans-Anadolu qaz boru kəməri - TANAP ilə “Türk axını” layihəsinin, o cümlədən də hər hansı bir digər layihənin rəqabət aparmasından söhbət belə gedə bilməz: “TANAP çərçivəsində 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarı imzalanmadan əvvəl bu layihənin iqtisadi təməlini təşkil edən digər qaz nəqli müqavilələri artıq imzalanmışdı. TANAP layihəsi çərçivəsində 15 illik müddətdə nəzərdə tutulan müəyyən bir gəlir axınına artıq təminat verilib. Əskişəhər, Trakya bölgəsindəki və Avropadakı çıxış nöqtələri üçün TANAP-ın ötürücülük qabiliyyəti məlumdur. Qaz nəqlini həyata keçirəcək şirkətlərlin hamısı ilə 15 il müddətində 16 milyard kubmetr qazın istifadə olunması istiqamətində bütün müqavilələr imzalanıb”. Saltuk Düzyol hesab edir ki, 16 milyard kubmetr qaz nəqli tutumuna malik TANAP-la “Türk axını” layihəsinin, o cümlədən də hər hansı bir digər layihənin rəqabət aparmasından söhbət belə gedə bilməz: “Biz TANAP-ın ötürücülük qabiliyyətinin artırılmasını nəzərdə tutmuşuq ki, əvvəlcə bu rəqəm 2023-cü ildə 24 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetr olacaq. Ötürücülük qabiliyyətinin artırılması gündəmə gəldikdə şübhəsiz ki, bu işin upstream tərəfində sərmayəçi olaraq yer alacaq və TANAP-la qaz nəqli müqaviləsi imzalayacaq digər şirkətlər baxımından Türkiyə ilə Yunanıstan sərhədində Rusiya qazı ilə rəqabət ola bilər. Ancaq indiki dövr üçün biz bu rəqabətdən çəkinmirik. Çünki burada Azərbaycan qazını alacaq həm Türkiyədəki, həm də Avropadakı son istehlakçılar qazanacaq”. O qeyd edib ki, burada əsas məsələ həm Türkiyə, həm də Avropa İttifaqı üçün yeni enerji dəhlizinin yaradılmasıdır. Azərbaycan bu layihə ilə iqtisadi əməkdaşlığa qovuşaraq siyasi tərəfdən də çox böyük nüfuz qazanacaq. Çünki TANAP həm də siyasi layihədir. TANAP Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətlərinin yeni mərhələsini təşkil edən, həmçinin də qitə ölkələrinin tək bir mənbədən asılılığına son qoymaqda böyük önəm daşıyan layihədir. TANAP hər kəsin qazanacağı layihə olacaq.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.11.2019
Bakı-Quba yolunda ağır qəza - Yük maşını aşaraq yolu bağladı
22.11.2019
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22.11.2019
Meksikada çörək zavodunda partlayış baş verib
21.11.2019
Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info